Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bu gün Bakıda böyük enerji toplantısı başlayır

 

ABŞ-ın Cənub Qaz Dəhlizini dəstəkləməsinin səbəbləri; Pərviz Heydərov: “Azərbaycan qazı Avropaya çatandan dərhal sonra masaya Transxəzər layihəsi qoyulacaq”

Yenixeber.org: Bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclası keçiriləcək. Energetika Nazirliyindən aldığımız məlumata görə, mötəbər tədbirə hazırlıq işləri yekunlaşıb və toplantıda 13 ölkənin iştirakı təsdiqlənib.

Belə ki, Məşvərət Şurasının budəfəki iclasında Avropa Komissiyasının Enerji Direktorluğunun Baş direktorunun müavini Klaus-Dieter Borchardt, Cənub Qaz Dəhlizi layihəsinə cəlb edilmiş ölkələrdən - Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava, İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Alessandra Todde, Yunanıstanın ətraf mühit, enerji və iqlim dəyişikliyi nazirinin müavini Gerassimos Tomas, Bolqarıstandan isə energetika naziri Temenujka Petkova iştirak edəcək.

Tədbirdə ABŞ-ı Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donnelli, Böyük Britaniyanı isə Baş Nazirin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson təmsil edəcək. Həmçinin bu ilki tədbirdə Serbiya, Macarıstan, Moldova, Xorvatiya, Monteneqro, Türkmənistan, Rumıniya rəsmiləri də qatılacaq.

Tədbir iştirakçıları arasında BP, SGC, BOTAŞ, TPAO, TANAP, TAP, SNAM, “Fluxys”, İCGB AD, “Transgaz”, “SNGN Romgaz SA”, “UNİPER Global”, “Bulgargaz EAD”, SACE, “Plinacro” şirkətləri geniş tərkibdə yer alıb.

Beynəlxalq maliyyə qurumlarından isə Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankının iştirakı nəzərdə tutulub.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclası keçiriləcək ile ilgili görsel sonucu

Gündəliyə görə, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı açılış mərasimi və salamlama nitqlərindən sonra iki plenar sessiya üzrə davam edəcək. Birinci sessiyada Cənub Qaz Dəhlizi layihəsinin bütün seqmentləri üzrə görülmüş işlərə dair hesabatlar diqqətə çatdırılacaq. Energetika naziri Pərviz Şahbazovun moderatorluğu ilə keçirilən ikinci plenar sessiyada isə “Cənub Qaz Dəhlizi”nə üzv və layihəyə maraq göstərən ölkələrin təmsilçilərinin çıxışları nəzərdə tutulub.

Yekunda isə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclasının yekunlarına dair mətbuat konfransının keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də keçirilib. Ondan sonra tədbir hər ilin fevralında baş tutub.

Fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyev  ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donnellinin başçılığı ilə nümayəndə heyətini qəbul edib. Qəbul zamanı İ.Əliyev bu ilin sonunadək layihə üzrə bütün işlərin tam yekunlaşacağına ümidvar olduğunu deyib: “Bildiyiniz kimi, biz layihənin açılışını mərhələli şəkildə etmişik. 2018-ci ildə Bakıda təntənəli mərasim təşkil etdik və Cənub Qaz Dəhlizinin istismara verildiyini rəsmi olaraq elan etdik. Sonra əlbəttə ki, TANAP-la bağlı çox mühüm tədbir oldu. Ötən ilin noyabrında TANAP artıq Avropa sərhədinə çatdı. Bu, bizə ”Şahdəniz" və digər qaz yataqlarından daha çox təbii qaz ixrac etməyə imkan verəcək. Çünki bizim planımız fəaliyyətimizi genişləndirmək və hələ ki, kəşfiyyat mərhələsində və ya yekun hazırlıq mərhələsində olan digər yataqlardan hasilat səviyyəsini artırmaqdır.

Beləliklə, bütün işlər qrafikə uyğun gedir. Mən bu mühüm layihənin icrasında göstərdiyi davamlı dəstəyə görə ABŞ hökumətinə minnətdarlığımı bildirmək istərdim. Bilirəm ki, Prezident Tramp şəxsən prosesdə iştirak edir. Onun fəal təmasları və iştirakı bizim əvvəllər üzləşdiyimiz müəyyən çətinliklərin öhdəsindən gəlməkdə çox yardımçı oldu. Hazırda biz heç bir başqa maneə görmürük. Qarşıdakı yol çox aydındır. Əminəm ki, səmərəli əməkdaşlığımız gələcəkdə davam edəcək, çünki ABŞ hökuməti bizim istər neft və qaz kəmərləri, istərsə də enerji potensialımızın inkişafı ilə bağlı layihələrimizi hər zaman çox dəstəkləyib"..

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil olunan qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. “Şahdəniz-2" layihəsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Türkiyə ərazisində inşa olunmuş Trans-Anadolu Boru Kəməri (TANAP), Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə Cənubi İtaliyaya qədər uzanan Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin əsas komponentləridir. Cənub Qaz Dəhlizinin böyük hissəsinin icrası yekunlaşıb. Artıq 2018-ci ilin iyunun sonundan Türkiyəyə TANAP vasitəsilə kommersiya qazı nəql olunur. Ötən il noyabrın 30-da TANAP-ın Avropaya qaz nəqli üçün nəzərdə tutulan hissəsinin açılışı keçirilib. Cənub Qaz Dəhlizinin sonuncu komponenti olan TAP-ın 92 faizi yekunlaşıb. Bu il TAP vasitəsilə  Azərbaycan qazının Avropaya nəqli nəzərdə tutulur.

Uzun illərdir Avropanın enerji bazarında Rusiyanın enerji mənbələrindən artan asılılığı bu ölkənin təsirinin regionda güclənməsinə gətirib çıxarıb. Hazırda Avropa ölkələrinin (əsasən Şərqi və Mərkəzi Avropa) enerji idxalının 40 faizi Rusiyanın payına düşür. Bu baxımdan, Avropa İttifaqının CQD layihəsinə dəstəyi başadüşüləndir. Lakin ABŞ-ın layihəyə yüksək diqqəti və dəstəyinin səbəbi maraq doğurur. Bu ölkə və onun prezidentinin şəxsən layihənin irəliləməsi üçün addımlar atması hansı səbəblərdən irəli gəlir? Sualı cavablandıran iqtisadçı-ekspert Pərviz Heydərovun “Yeni Müsavat”a bildirdiyinə görə, Bakıda keçirilən təbdir CQD layihəsinin irəliləməsi üçün mühüm əhəmiyyət kəsb edir: “Hər il bütün iştirakçı və maraqlı ölkələrin iştirakı ilə belə tədbir keçirilir, mümkün risklər, perspektivlər müzakirə olunur, zəruri qərarlar alınır. Bu iclaslarda ABŞ rəsmi nümayəndə heyəti daim bu və ya başqa səviyyədə təmsil olunur. Bu isə ABŞ-ın layihəyə böyük marağının göstəricisidir”.

Pərviz Heydərov ile ilgili görsel sonucu

Ekspertin sözlərinə görə, Avropa üçün layihənin əhəmiyyəti həm iqtisadi, həm də siyasi baxımdan böyükdür: “Amma ABŞ üçün layihənin hansısa iqtisadi əhəmiyyətinin olduğunu söyləmək mümkün deyil. Siyasi əhəmiyyətinə gəlincə, bunu müəyyənləşdirmək üçün ABŞ prezidenti Donald Trampın ötən ilin martında Türkmənistan prezidenti Qurbanqulu Berdumuhemmedova yazdığı məktubu xatırlamaq lazımdır. Həmin məktubda Tramp qeyd edirdi ki, artıq Xəzərin hüquqi statusu müəyyənləşib və  o, Türkmənistanın öz qazını Avropa bazarlarına çatdırmaq üçün mövcud şərtlərdən istifadə edəcəyinə ümid edir. Bu sözlər Cənub Qaz Dəhlizinin ABŞ üçün hansı baxımdan strateji əhəmiyyətli layihə statusuna sahiblənməsini açıq göstərir. ABŞ yaxın gələcəkdə Orta Asiyanın bütün enerji potensialının Rusiyadan kənar keçən marşrutla Avropaya çatdırılması planını həyata keçirir. Prezident İlham Əliyevin Donald Trampın layihəyə şəxsən dəstək verməsini qeyd etməsi mühüm mətləblərdən xəbər verir. Hesab edirəm ki, Cənub Qaz Dəhlizi fəaliyyətə başladıqdan dərhal sonra masaya Transxəzər layihəsi qoyulacaq. ABŞ bu layihəni də aktiv şəkildə dəstəkləyəcək və ən uzağı yaxın onillikdə onun reallaşmasına nail olacaq. Bu prosesdə isə əsas iştirakçılardan biri Azərbaycan olacaq”.(musavat)

Dünya SAKİT


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam