Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Azərbaycan - üç ölkəyə fındıq ixrac edəcək

Azərbaycan üç ölkəyə fındıq ixrac edəcək
Azərbaycan Litva, İtaliya və Bolqarıstana fındıq ixrac edəcək.
Yenixeber.org: İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 5-9-da Almaniyanın Köln şəhərində təşkil olunan “Anuga 2019” beynəlxalq ərzaq sərgisi çərçivəsində azərbaycanlı sahibkarlar xarici həmkarları ilə görüşlər keçirib, ixraca dair razılıqlar əldə edib, müqavilələr bağlayıblar.

Fındıq istehsalı ilə məşğul olan Azərbaycanın “Azərstar” şirkəti Litvadan olan şirkətlə 22 ton fındıq ləpəsinin ixracına dair müqavilə imzalayıb, İtaliyada fəaliyyət göstərən distribüterlə 22 ton, Bolqarıstandan olan şirkətlə isə 10 ton fındıq məhsulun ixracına dair ilkin razılıq əldə edib.

Bundan başqa, “Ləzzət Biskvit və Şokolad Fabriki” şirkəti 20 ton qənnadı məmulatının, “Baku Konserv” və “Babək Sirab” şirkətləri məhsullarının ixracına dair ilkin razılığa gəliblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam