Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Azərbaycan Türkiyəyə çay ixrac edəcək

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərinə təşkil olunmuş Azərbaycan ixrac missiyası başa çatıb.

Yenixeber.org: İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, ixrac missiyasında Naxçıvan MR-da qida, inşaat və tikinti materialları, kimya sənayesi, mebel istehsalı və turizm sahələrində fəaliyyət göstərən 19 şirkəti iştirak edib.

Missiya çərçivəsində Azərbaycan sahibkarları türkiyəli həmkarları ilə ikitərəfli görüşlər keçirib, Azərbaycan məhsullarının Türkiyəyə ixracının genişləndirilməsinə dair müzakirələr aparıblar.

Görüşlər zamanı türk iş adamlarına təqdim olunan Azərbaycan məhsulları türk şirkətləri tərəfindən maraqla qarşılanıb və ixraca dair ilkin razılıqlar əldə olunub. Belə ki, Azərbaycanın "Farma-Şah" MMC şirkəti ilə Türkiyənin müvafiq şirkəti arasında Azərbaycan çayının Türkiyəyə ixracına dair razılığa gəlinib. Bundan başqa, "Naxçıvan Sement Zavodu" MMC ilə "BASF Türkiyə" şirkəti arasında sement istehsalında qatqı kimi istifadə olunan xammalın ixracı ilə bağlı danışıqlar aparılıb. Türkiyənin "Koç Mermer Granit" şirkətinin tikinti layihələri üçün Azərbaycanın "Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi" MMC-nin məhsullarından istifadə olunmasına dair razılaşma əldə olunub. "Cahan Pen" MMC və "Cahan Sənaye Kompleksi" MMC şirkətləri ilə Türkiyənin "Gema" və "Marmara" plastik qapı pəncərə istehsalı müəssisələri arasında məhsulların satışına və xammalın alınmasına dair danışıqlar aparılıb.

Növbəti ixrac missiyası 6-9 noyabr tarixlərində Bolqarıstana təşkil ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam