Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Palata:"Ödəniş sənədlərinin tələb olunmaması buğda toxumunun satışında..."

Palata: Ödəniş sənədlərinin tələb olunmaması buğda toxumunun satışında sui-istifadə hallarının yaranmasına yol açır

Palata: Ödəniş sənədlərinin tələb olunmaması buğda toxumunun satışında sui-istifadə hallarının yaranmasına yol açır

Yenixeber.org: Hesablama Palatası “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara  subsidiyanın ödənilməsi Qaydası”nın köklü surətdə təkmilləşdirilməsini vacib sayır.

Bu, “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanuna və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əksini tapıb.

Hesablama Palatasının tövsiyəsində qeyd edilib ki, Nazirlər Kabinetinin 2007-ci il 25 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası”nda buğda və arpa toxumunun istehsal edilərək satışına görə eyni subsidiya məbləği müəyyən edilib. Lakin təsərrüfatlara dövlət büdcəsindən subsidiya ödənilməsi üçün toxumçuların becərdiyi (əkdiyi) torpaq sahəsinin sənədlərinin və 1-ci və 2-ci reproduksiyalı toxumların və tinglərin yetişdirilərək satılması üzrə ödəniş sənədlərinin tələb olunmaması bu sahədə sui-istifadə hallarının yaranmasına yol açır. Hesablama Palatası mexanizmin səmərəliliyinə və dövlət büdcəsindən  ayrılmış müvafiq vəsaitlərin (subsidiyaların) nəticəliliyinə mənfi təsir göstərdiyini nəzərə alaraq bu Qaydaların köklü surətdə təkmilləşdirilməsini tövsiyə edib.

“2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair hesabata Hesablama Palatasının rəyi Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam