Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

XİN dövlət büdcəsindən aldığı vəsaitin 235 min manatını geri qaytarıb

xin_940963440_1000x669

 

Faktiki xərc 12 174,4 min manat məbləğində olub

 

Xeberinfo.com:   Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) üzrə 2015-ci il üçün dövlət büdcəsindən 13 297,1 min manat məbləğində vəsait nəzərdə tutulub.
“Report” xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2015-ci ildə dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd olunub.
Hesabat ilində 12 484,0 min manat maliyyələşmə açılıb, kassa icrası 12 248,8 min manat və ya təsdiq edilmiş təyinata qarşı 92,1 %, faktiki xərc 12 174,4 min manat məbləğində olub.
2015-ci ildə nazirlik üzrə icra edilmiş vəsaitin məbləği 2014-cü illə müqayisədə 503,8 min manat və ya 4 % az vəsait xərc edilib.
Hesabat ilində icra olunmuş vəsaitin 10 023,7 min manatı və ya 81,8 %-i əməyin ödənişi xərclərinə, 1 881,7 min manatı və ya 15,4 %-i malların (işlərin və xidmətlərin) satın alınmasına, 19 min manatı və ya 0,2 %-i təqaüdlər və sosial müavinətlərə, 294,6 min manatı və ya 2,4 %-i digər xərclərə, 29,7 min manatı və ya 0,2 %-i qeyri-maliyyə aktivlərinin alınmasına yönəldilib.
Açılmış maliyyələşmədən ilin sonunda 235,2 min manat və ya 1,9 % vəsait istifadə edilməyərək geri qaytarılıb.
Qeyd edək ki, Hesablama Palatasının rəyi Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam