Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

2018-ə iqtisadi baxış: açılışlar, hesabatlar, problemli kreditlər, neft qiyməti...

 

Nüfuzlu iqtisadçılar geridə qoyduğumuz ilin yekunlarından danışdılar

Yenixeber.org: Geridə qoymaqda olduğumuz il xalqımız, ölkəmiz üçün hansı mühüm hadisələrlə yadda qaldı? Hər ilin sonunda müxtəlif sahələr üzrə bu suala cavab tapmağa çalışırıq. Bu ənənəyə sadiq qalaraq 2018-ci ildə Azərbaycan iqtisadiyyatında baş verən proseslərin dəyərləndirilməsini ölkənin nüfuzlu iqtisadçı-alim və ekspertlərindən xahiş etdik. Onların fikirlərini diqqətinizə çatdırırıq:

İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu: “2018-ci ildə mənim diqqətimi cəlb edən əsas hadisə uzun müddətdən bəri müzakirə olunan fiskal qaydaların qəbul olunmasıdır. Bilirsiniz ki, bu ilin yayında ”Büdcə sistemi haqqında" qanunvericiliyə müvafiq dəyişiklik olunandan sonra 2019-cu ilin  dövlət büdcəsi yeni qaydalar əsasında hazırlanıb. Baxmayaraq ki, bir sıra mühüm mənfi tərəfləri var, bu qaydaların konsepsiya olaraq qəbul olunması müsbət hadisədir. Təəssüf doğuran hal budur ki, ölkənin əsas neft gəlirləri xərcləndikdən sonra belə qaydalar qəbul olundu. Fiskal qaydaların ən zəif cəhəti budur ki, dünya neft bazarından çox asılı vəziyyət yaradır, manipulyasiya imkanları formalaşdırır. Bu isə onun təkmil olmamasının göstəricisidir. Düzü, Maliyyə Sabitliyi Şurasının uzun müddət müzakirə etməsindən sonra daha təkmil qaydaların ortaya qoyulacağını gözləyirdim. Bu qaydalar iqtisadiyyatın artım tempi ilə əlaqəli şəkildə fəaliyyət göstərə bilmir.

qubad ibadoÄlu ile ilgili görsel sonucu

2018-ci il iqtisadiyyatında hələ də inhisarlaşma meyllərindən qurtula bilmədik. Xüsusilə biznes sektorunda bu, özünü daha kəskin şəkildə büruzə verir. Oliqarxlaşma, oliqarx biznesinin aparıcı rolu özünü iqtisadiyyatın həm real, qeyri-real sektorunda göstərir. Məsələn, kənd təsərrüfatında pambığın alışında oliqapollaşma qalmaqdadır.

Gözləntilərimiz o idi ki, 2018-ci ildə Azərbaycanın dünyaya inteqrasiyası imkanları genişlənəcək, beynəlxalq təşkilatlarla əməkdaşlıq artacaq. Amma bu il də ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzvlüyü istiqamətində real addımlar atılmadı".

Ä°qtisadçı-ekspert PÉrviz HeydÉrov: ile ilgili görsel sonucu

İqtisadçı-ekspert Pərviz Heydərov: “2018-ci ildə baş verən ən mühüm müsbət iqtisadi hadisələr sırasına ən birinci Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin nəzərdə tutulduğu vaxtda, yəni bu ilin birinci yarısı başa çatmamış istifadəyə verilməsi hadisəsini daxil edə bilərəm. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi Xəzər dənizinin demək olar, hər mənada ən böyük limanıdır. Ələtdə yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ”zəncirin mərkəzi həlqəsini" təşkil edir. Yəni adıçəkilən liman istər-istəməz bütün daşımaların ortaq nöqtəsi - mərkəzi sayılacaq iddiasındadır. İkinci, ən böyük hadisə “Cənub Qaz Dəhlizinin” birinci hissəsinin açılışından ibarətdir. “Cənub Qaz Dəhlizi” böyük strateji infrastruktur layihəsidir. Bu layihə gələcəkdə təkcə Azərbaycana xidmət etməyəcək. Qərb ölkələrinin də layihəyə dəstək vermələri məhz bununla əlaqədardır. Bu gün ölkəmizin təsdiq olunan qaz ehtiyatlarının həcmi 2,6 trilyon kubmetr ölçülür. Bunun təkcə 1,2 trilyonu “Şahdəniz”də yerləşir.

Üçüncü, ən mühüm hadisə hesab edirəm ki, ölkəmizdən kənarda 6,3 milyard dollarlıq vəsait yatırılaraq, ilk nəhəng emal müəssisəsinin Türkiyədə açılması oldu. “Star” zavodunun hər iki tərəf üçün böyük xeyri olacaq. Türkiyə bu zavodun işə düşməsiylə bir sıra mühüm enerjidaşıyıcıları məhsullarının kənardan idxalından asılılıqdan qurtulacaq. Ölkəmizə gəldikdə isə, birincisi, xaricə ixrac etdiyimiz neftimizin bir hissəsi üçün stabil bir alış yeri qazandıq. “Star” neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal olunacaq. Bu, qiymətlərdən asılı olaraq ildə 300-400 milyon dollar arası təmiz gəlir deməkdir. İkincisi, istehsal olunacaq neft məhsullarının satışından əlavə gəlir əldə olunacaq.

Və nəhayət, Dünya İqtisadi Forumunun (DIF) Qlobal Rəqabətlilik Hesabatı bu dəfə tamamilə yeni metodologiya əsasında hazırlandığından, gözlənilirdi ki, ölkəmizin mövqeləri zəifləyəcək. Yəni keçən hesabatda tutduğumuz pillələrin hamısında geriləcəyik. Lakin yeni metodoloji yanaşma da Azərbaycanda aparılan iqtisadi siyasəti, dəyişiklikləri kölgə altına sala bilməyib və ölkəmiz sözügedən hesabatda əksər indikatorlar üzrə yenə də kifayət qədər yaxşı yer tutdu. Biznesin dinamikliyi reytinqi üzrə 31-ci yerdə qərarlaşmağımız da mühüm göstərici idi. Dünya Bankı tərəfindən hazırlanan “Doing Business - 2019" reytinq cədvəlində Azərbaycanın 32 pillə irəliləyərək, 190 ölkə arasında 57-ci yerdən 25-ə yüksəlməsi həqiqətən də qeyri-adi nəticədir.

2018-ci ilin ən mənfi hadisəsi isə odur ki, bank sektoru “koma” vəziyyətindən təəssüf ki, bu il də çıxa bilmədi. 2018-ci ildə problemli kreditlər həll olunmadı. Halbuki qeyd olunmuşdu ki, bu il ərzində problemli kreditlər azalmağa doğru gedəcək, likvidlik artacaq, kapitallaşma səviyyəsi yüksələcək. Eyni zamanda, kapital dayanıqlığı olmayan bankların restrukturizasiyası, likvidlik alətlərinin genişləndirilməsi, bank sektoru üzrə yol xəritəsinin hazırlanması, sistem əhəmiyyətli bankların tənzimləmə mexanizminin müəyyən edilməsi istiqamətində tədbirlər görüləcək. 2018-ci il başa çatır: bank sektoru üzrə yol xəritəsi hazırlandımı? Xeyr. 2018-ci ili yola salırıq. 2019-cu ilin heç olmasa birinci yarısından o tərəfə yubanmayaq: ilk növbədə problemli kreditləri çözməklə bankların “koma” vəziyyətindən çıxmasına təkan verək. Yəni bundan artıq gecikməyək. Yeni ildə banklara dair yol xəritəsinin də hazırlanıb qəbul edilməsi olduqca vacib xarakter daşıyır”.

Æli MÉsimli: ile ilgili görsel sonucu

Milli Məclisin üzvü, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli: “2018-ci ildə Azərbaycan iqtisadiyyatı 2015-ci ilin 2 şok devalvasiyasından sonra başlanan resessiya və durğunluq mərhələsindən artım trayektoriyasına çıxmağa başladı.

2018-ci ildə ölkədə inflyasiya prosesləri zəifləyib. Belə ki, bu ilin 11 ayında inflyasiyanın 2,3 faiz artımı fonunda orta aylıq əmək haqqı 2,8 faiz, əhalinin nominal gəlirləri 8 faiz artıb.

Bu il büdcə müzakirələri əvvəlki illərdən fərqli olaraq 3 oxunuşdan keçdi və deputatların təkliflərinin çoxu olmasa da, bir qisminin həyata keçirilməsi üçün büdcədən əlavə vəsait ayrıldı. Vergi Məcəlləsinə ciddi dəyişikliklər edildi.

Şəhid ailələrinə 11000 manat kompensasiyanın verilməsi işinə başlanıldı.

Səhiyyə sistemində islahatların mühüm istiqamətlərindən biri kimi Azərbaycanda əhali arasında icbari tibbi sığortanın tətbiqi istiqamətində ciddi hazırlıq işlərinin əsası qoyuldu, bununla bağlı xüsusi Prezident fərmanı imzalandı.

Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılması, TANAP qaz kəmərinin, Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə inşa olunan STAR Neft Emalı Zavodunun istifadəyə verilməsi də ilin müsbət iqtisadi hadisələridir.

İlin iqtisadi planda mənfi hadisələrindən biri iqtisadi artım tempinin aşağı olmasıdır. Məsələ burasındadır ki, Azərbaycanda iqtisadi artım tempi potensial imkanlarımızdan xeyli aşağıdır. Rəsmi hökumət proqnozlarında 2018-ci il üçün 2 faiz artım nəzərdə tutulsa da, 11 ayda hələlik 1 faiz artım olub. Halbuki dövlət maliyyəsindən səmərəli istifadə edilsəydi, təkcə onun miltiplikativ effektləri 3 faiz ətrafında artım verə bilərdi.

İkinci qrup problemlər sosial xarakterli məsələlərdir və xeyli dərəcədə elə iqtisadi artım templərinin aşağı düşməsindən və milli gəlirin, eləcə də büdcə xərclərinin ədalətsiz bölgüsündən qaynaqlanır. MDB-nin 3 əsas enerjidaşıyıcılı ölkəsini müqayisə etdikdə görürük ki, Qazaxıstanda ÜDM-in (yeni yaradılan dəyərin) 30 faizindən çoxu, Rusiyada 45 faizindən çoxu, Azərbaycanda isə 20 faizindən azı əməyin ödənilməsinə gedir. Əhalinin gəlirlərində əmək haqqının payı Rusiyada 66 faiz, Qazaxıstanda 68 faiz, Azərbaycanda cəmi 33 faiz təşkil edir. Hökumət müasir mərhələdə qarşıda duran problemlərin köklü və sürətli həlli yolunda alternativi olmayan insan kapitalının üstün inkişafına dayanan innovasiyalı inkişaf modelinin reallaşdırılmasına çalışmalıdır.

Üçüncü qrup problemlər maliyyə-kredit, pul, bank sahəsində olan problemlərdir. 2018-ci ildə bu sahədə əsas müsbət məqam manatın 2017-ci ilin birinci rübündən başlanan nisbi sabitliyinin 2018-ci ildə də qorunub saxlanılması oldu. Bununla belə, 2016-cı ilin 6 dekabrında ölkə prezidenti tərəfindən təsdiq edilmiş Strateji Yol Xəritəsində 2018-ci ildə bankların  sağlamlaşdırılması prosesinin başa çatacağı göstərilsə də, bu vacib məsələ həll olunmadı. Eyni zamanda özündən əvvəlki illərdə olduğu kimi, 2018-ci ildə də problemli kreditlər bank sisteminin əsas problemi olaraq qalmaqda davam etdi".

AzÉr Mehtiyev ile ilgili görsel sonucu

İqtisadçı-alim, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyev: “Azərbaycan üçün ilin ən mühüm hadisəsi neftin dünya bazarında qiyməti ilə bağlıdır. Bu baxımdan, 2018-ci il ümumilikdə Azərbaycan üçün müsbət məqamlarla yadda qaldı. İlboyu neftin qiyməti ilə bağlı müzakirələr dünya bazarındakı proseslərə uyğun gah aktivləşdi, gah bir qədər arxa plana keçdi. İlin sonuna yaxın neftin qiymətinin kəskin aşağı düşməsi ilin hadisələrindən biri hesab oluna bilər.

İl ərzində neftin yüksək qiyməti hökumətə imkan verdi ki, birinci yarımildən sonra büdcənin gəlir və xərclərini bir neçə milyard manat artırsın.

İlin ortasında Rusiya, Türkiyə, İranda baş verən məzənnə dəyişiklikləri Azərbaycanda da ajiotaja səbəb oldu. Nəticədə ölkədə dollara tələbat kəskin artdı. Bu onu göstərir ki, ölkədə maliyyə sabitliyi hələ də çox kövrəkdir, kənarda baş verən hadisələr daxildə ciddi ajiotaj yarada bilir.

İlin müsbət iqtisadi hadisəsi fiskal qaydaların qəbul olunmasıdır. Neft ölkəsi olmasına rəğmən, Azərbaycanda bu ilədək fiskal qaydalar qəbul olunmayıb. Gəlirlərin istifadəsinə hər hansı məhdudiyyət tətbiq olunmayıb. Bu baxımdan, bu ilin yayında qanunvericiliyə edilən dəyişiklikəri müsbət hadisə kimi qiymətləndirmək mümkündür.

Bütövlükdə, 2018-ci il iqtisadi baxımdan stabil il oldu deyə bilərik".(müsavat)

Düny SAKİT


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam