Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

"Səbail" klubu-Maykl Essyenlə yollarını ayırdı

Səbail klubu Maykl Essyenlə yollarını ayırdı

"Səbail" klubu ulduz futbolçusu Maykl Essyenlə yollarını ayırıb. Bu barədə "Report"a klubun Müşahidə Şurasının üzvü Cahangir Həsənzadə məlumat verib. Onun sözlərinə görə, qanalı yarımmüdafiəçinin başa çatan müqaviləsi uzadılmayıb.

Yenixeber.org: Həsənzadə Essyenə hazırda klubda və akademiyada hansısa vəzifə verilməsi ilə bağlı müzakirələrin getmədiyini söyləyib: "Daha əvvəl belə bir niyyət var idi. Kluba gələndə öz istəyi idi ki, klubumuzun U-19 komandasında köməkçi-məşqçi qismində çalışsın. Biz də bunda maraqlı idik. Düşünürdük ki, belə bir dünya səviyyəli oyunçu futbolun sirlərini bizim yeniyetmələrimizə aşılasın. Belə futbolçular Azərbaycana az sayda gəlir. Amma təəssüf ki, müqaviləsi bitəndən sonra bu məsələ gündəmə gəlmədi".

Azərbaycan millisinin sabiq qapıçısı "Maykl Essyen "Səbail"dən birdəfəlik getdi" sualına belə cavab verib: "Bəli, elədir. İyulun 18-də Bakıdan Londona uçacaq".

Qeyd edək ki, Maylk Essyen "Səbail"ə 2019-cu ilin martında keçmişdi. O, karyerası ərzində İngiltərənin "Çelsi", İspaniyanın "Real Madrid" və İtaliyanın "Milan" klublarının şərəfini qoruyub.   


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam