Redaktor seçimi
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Günün xəbəri

Xomeyni və Xamenei kultu -bütpərəstlik

news content


Tehran rejiminin qurucularını islam peyğəmbərinə bərabər tuturlar

Yenixeber.org: İran islam inqilabının və indiki İran İslam Respublikasının rəhbərləri ayətullah Ruhullah Xomeyni və ayətullah Seyid Əli Xamenei kultu dövlət atributuna çevrilib. Rəhbərlərin belə simvollaşdırlması hakimiyyətin və İslam Respublikasının faciəsi sayılır. 

Bu günlərdə SEPAH-ın sözçüsü Əli Məhəmməd Naini, İranın ali rəhbəri Əli Xameneinin ölkədəki rolunu qeyri-adi şəkildə dəyərləndirib. O, bildirib ki, Xameneinin rəhbərliyi yalnız peyğəmbər ilə müqayisə edilə bilər. “Ağa hər şey bilir”, “Ağa düz deyir”, “Ağanın tapşırığıdır” kimi ifadələr yerlərdə təşəbbüsləri boğar, hamı bir barmağın hərəkətinə bağlanar. 

Ona görə də İranda Xomeyni və Xameneini tənqid etmək islam dinində müqəddəs sayılanlara qarşı çıxmağa bərabər tutulur, belələri barədə cinayət işi başlanır. 

Məsələn, inqilabın ilk illərində göydə bulud topasını Xomeyniyə bənzədənlər bunu görməyənləri əməli-saleh olmamaqda ittiham edərmiş. 

12 günlük İran-İsrail müharibəsindən sonra yenə Xameneinin  şəxsiyyətinə pərəstiş təbliğ olunur. 

İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) ictimaiyyətlə əlaqələr idarəsi sözçüsünün müavini, briqada generalı Əli Məhəmməd Naini bildirib ki,  Xameneinin “12 günlük müharibə”dəki rolu dünyadakı istənilən başqa siyasi sistem və ya ordunun rolu ilə müqayisə oluna bilməz: “Onun liderliyi yalnız islam peyğəmbərinin və pak imamların liderliyi ilə müqayisə oluna bilər”.

Xomeyni və Xameneinin kultlaşdırılması hakimiyyətlə yanaşı, ölkəni da fəlakətə sürükləyir. Çünki tarixdə şəxsiyyətə pərəstişin aqibətinin ağır olduğuna dair çoxsaylı faktlar var. Elə SSRİ-də Stalini, İraqda Səddam Hüseyni, Suriyada Hafiz və Bəşər Əsədləri, Liviyada Müəmmar Qəddafini və başqalarının həyatını örnək olaraq göstərmək olar. 

İndi də deyəsən tarixi növbə İrandadır. 

İranın keçmiş daxili işlər naziri və islahatçı siyasi məhbus Mustafa Taczadə ölkəsindəki vəziyyətə dair bir açıqlama  yayıb: “Gec-tez ali rəhbər İran gəmisini qayaya çırpacaq və ya onu saya oturdacaq”.

Keçmiş nazir “İran 12 gündən sonra: Viyayəti-fəqihin dalana dirənməsi” adlı məqaləsində İslam Respublikasının liderinin uğursuzluğundan yazıb. 

O bildirib ki, vilayəti-fəqih sisteminin hərtərəfli uğursuzluğu İranı genişmiqyaslı, dərin və qaçılmaz dəyişikliklərə hazırlayıb: “Hamı dəyişiklik gözləyir, amma heç kim bu dəyişikliklərin nə vaxt və necə baş verəcəyini, hansı prosesi keçəcəyini və nəticəsinin necə olacağını bilmir”.

Müəllif ölkəsinin qeyri-müəyyən gələcəyindən narahatlığını ifadə edərək, yazıb: “Demokratiyaya keçəcəyik? Yoxsa hakimiyyətin yıxılması, xaosun və sonra yeni bir tiraniyanın şahidi olacağıq? 

Hər halda, proseslər tamamilə hökumətdən və onun əleyhdarlarından tutmuş ümumi vətəndaşlara qədər maraqlı tərəflərin və əsas fiqurların fəaliyyətindən asılıdır.

Məncə, ali rəhbər dəyişikliyin baş verməsinin qarşısını ala bilməz, amma bunu çox baha başa gətirə və millət üçün qaranlıq, zorakı bir gələcək yarada bilər”.

Nazir İran cəmiyyətinin etirazlarına hakimiyyətin etinasızlığına işarə edərək, yazıb: “Açıq desək, Xameneinin proseslərə qoşulmaması xalqı onları həyata keçirməkdən çəkindirməyəcək. Ancaq onun xalqın tələbləri ilə qarşıdurması gözlənilməz və son dərəcə riskli nəticələrə gətirib çıxarır. Bu inadkarlığın zərərlərini, ən azı qısa müddətdə kompensasiya etmək üçün heç bir yol qalmayacaq”.

Onun iddiasına əsasən, ölkə gəmisini, xüsusən də ən həssas və mürəkkəb şəraitdə, səriştəsiz və təcrübəsiz idarəçilərinin olduğu fırtınalarda təhlükəsiz şəkildə idarə edə bilməyən rəhbər hələ də fundamental dəyişiklikləri qəbul etməyib: “Sükanı bacarıqlı, təcrübəli və səmərəli şəxslərə təhvil vermək istəmir. Nəticədə, o, tezliklə gəmini qayaya çırpacaq və ya saya oturdacaq".

İranın keçmiş prezidentləri Məhəmməd Xatəmi və Həsən Ruhani də yeniləşmə ilə bağlı tez-tez açıqlamalar, ideyalar irəli sürürlər. 

Həsən Ruhani islahatların aparılması üçün “cəbhə”nin yaradılmasını təklif edib. Onun əleyhdarları sabiq prezidenti “özünü göz soxmaqda”, “yenidən hakimiyyətə gəlmək cəhdində” və başqa buna oxşar məsələlərdə ittiham edirlər. 

Məhəmməd Xatəmi isə bu günlərdə verdiyi açıqlaması ilə ali rəhbəri hədəfə alıb. O, mövcud iqtisadi vəziyyətə və böhrana diqqət çəkərək, insanların 80%-nin rəhbərin kimliyinə maraq göstərmədiyini bildirib. Məhəmməd Xatəmi inqilabdan sonrakı illərdə İranın üzləşdiyi böhranların əvvəlkindən daha ciddi olduğunu vurğulayıb. O, İslam Respublikasının süqut etməsi təhlükəsi ilə bağlı xəbərdarlıq edərək, ölkəsini “möhkəm ağaca” bənzədib: “Daxili və xarici təhdidlərin artması ilə bu ağacın qəfil quruyaraq, yıxılması riski var”

Mövcud şəraitdə, Xatəmi idarəetmə yanaşmasının dəyişdirilməsini və “xarici basqılara təslim olmadan qırmızı xətlərin yenidən nəzərdən keçirilməsini” ən uğurlu yol adlandırıb. 

O, hakimiyyətin yürütdüyü siyasi kursa yenidən baxmağı təklif edib. 

Xameneinin şəxsiyyətinə pərəstiş, hakimiyyətdaxili ziddiyyətlərin artması, keçmiş məmurların çıxışları İranda vəziyyətin böhrana yaxınlaşdığını göstərir. 

Belə vəziyyəti rəhbərlərin inqilab zamanından bəri fetişləşdirilməsi, bütləşdirilməsi, habelə “Allahu əkbər, Xomeyni (Xamenei) rəhbər!”, “İsrailə ölüm!”, “Amerikaya ölüm!” şüarları belə xilas etməyəcək. 

Çünki bu hakimiyyət barəsində beynəlxalq ictimaiyyətin verdiyi fətva, elə onların xeyir-duası ilə icra olunmaqdadır. Tehran hakimiyyəti hikkəli və iddialı davranışları ilə icraçılara yardım edib, prosesin sürətlənməsinə təkan verir…(pressklub)

Sədrəddin Soltan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam