Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Səbail" klubu Samir Əliyevə yeni vəzifə təklif edib

 “Səbail” klubu qarşılıqlı razılaşma ilə baş məşqçi postunu tərk edən Samir Əliyevə yeni iş təklif edib

Yenixeber.org: 39 yaşlı mütəxəssis açıqlamasında deyib ki, karyerasını məşqçi kimi davam etdirmək baxımından başqa variant olmasa, “Səbail”də qalacaq: “Baş məşqçi postundan ayrılsam da, klub rəhbərliyi ilə çox gözəl münasibətlərimiz var. Komandamın sükanı arxasından getməyim başa çatan mövsümdə göstərdiyimiz nəticəyə görə deyil. Bəzi məsələlərdə kiçik fikir ayrılıqlarımız oldu və qərara aldıq ki, müqaviləyə xitam verək. Mənə klubda başqa bir vəzifə tutmaq təklif olunub. Məşqçi qismində işləmək üçün hansısa variant olmasa, “Səbail”də qalacağam”.
Qeyd edək ki, 2017/2018 mövsümündə Azərbaycan Premyer Liqasında debüt edən “Səbail” yekunda 7-ci yeri tutub və yalnız “Kəpəz”i qabaqlayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam