Redaktor seçimi
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Günün xəbəri

Yenə “Pilgrim Education“, yenə şikayət -“Pulumu alıb, lakin xidmət göstərməyib“

Bakı şəhər sakini "Pilgrim Education" xaricdə təhsil şirkətindən şikayətçidir.
Yenixeber.org: Redaksiyamıza şikayət ünvanlayan Nicat Vahidov (ad-soyad şərtidir - red.) bildirib ki, Böyük Britaniyada yerləşən Mançester Universitetinə qəbul almaq üçün ödəniş etsə də, qarşılığında xidmət görməyib.
O, məsələ ilə bağlı polisə müraciət etdiyini qeyd edib:
"Mən "Pilgrim Education" xaricdə təhsil şirkətinə xaricdə təhsil almaq üçün müraciət etmişdim. Şirkət mənə Böyük Britaniyada yerləşən Mançester Universitetindən qəbul alacaqlarını dedi. Öncə 3 000 manat məbləğində məndən ödəniş istədi. Şirkət birinci ödəniş alır, daha sonra xaricdən qəbul əldə edibmiş kimi məktub hazırlayır, reklam edir, lakin işi sona çatdırmadan yarımçıq saxlayır. Aldığı ödənişi isə geri qaytarmır. İki ay öncə verdiyim puldan 500 manat geri qaytarıb, lakin yerdə qalanını vermir. Hər dəfə bu gün-sabah qaytaracağam deyərək yubadır. Hətta akt da imzalayıb ki, ödənişi qaytaracaq. Oktyabrın sonuna qədər borcun tam ödəniləcəyi deyilmişdi, lakin heç bir nəticə yoxdur. Avqust ayından bizi belə yubadırlar, pulumuzu qaytarmırlar.
Hətta guya qəbul alıblarmış kimi videonu da sosial media hesablarında paylaşıblar. Ofisdə qəbul məktubunu çərçivəyə salıb divara asıblar ki, müştərilər görüb aldansınlar. Tək mən yox, bir neçə vətəndaşa qəbul alacaqlarına dair söz verib, ödəniş alıb, lakin daha sonra işi icra etməyiblər".
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli açıqlamasında bildirib ki, qeyd olunan məsələ ilə bağlı polisə vətəndaşın müraciəti daxil olub:
"Müraciət əsasında müvafiq qaydada araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".
"Pilgrim Education" xaricdə təhsil şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.
Xatırladaq ki, daha öncə də sözügedən şirkətə müraciət edən valideynlərdən biri redaksiyamıza şikayət ünvanlayaraq bildirib ki, şirkət ödəniş alıb, lakin yeddi aydır ki, verdiyi vədi yerinə yetirməyib.(oxu.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam