Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

4 erməniyə ömürlük həbs cəzası verildi -Rusiyada

Rusiyanın Rostov-na-Donu məhkəməsi 2022-ci ilin oktyabrında Krım körpüsündə baş vermiş partlayış işi üzrə hökmünü elan edib.
Yenixeber.org: Məlumata görə, ittiham tərəfinin tələb etdiyi kimi səkkiz təqsirləndirilən şəxsin hamısına ömürlük azadlıqdan məhrumetmə cəzası verilib. Onların heç biri özünü təqsirli bilməyib.
Roman Solomko, Vladimir Zlob, Georgi Azatyan, Artyom Azatyan, Aleksandr Bılın, Oleq Antipov, Artur Terçanyan və Dmitri Tyajelıx hakim qarşısına çıxarılıb. Onlar terror aktı törətməkdə, qanunsuz silah və partlayıcı maddə dövriyyəsində, bəziləri isə partlayıcı qurğuların qaçaqmalçılığında ittiham olunublar. İttiham edilənlərdən dördü ermənidir.
Hadisə 8 oktyabr 2022-ci ildə Krım körpüsünün avtomobil hissəsində baş verib. Partlayıcı maddə ilə doldurulmuş yük maşınının partlaması nəticəsində körpünün üç aşırımı çöküb, sürücü Maxir Yusubov daxil olmaqla beş nəfər həyatını itirib.
Partlayışdan sonra Rusiya hüquq-mühafizə orqanları yükün daşınması və logistikasında müxtəlif formada iştirak etmiş səkkiz şəxsi saxlamışdı. İstintaq iddia edir ki, onlar Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyukun yaratdığı qrupun tərkibində olublar. Müdafiə tərəfi isə bunun yanlış olduğunu, saxlanılanların “təsadüfi adamlar” olduğunu bildirir.
Kiyev daha əvvəl körpünün partladılmasının Ukraynanın xüsusi əməliyyatı olduğunu təsdiqləyib, lakin saxlanılan şəxslərin “xəbərsiz istifadə edildiyini” etiraf edib.
Məhkəmə prosesi bu ilin fevralında başlayıb və qapalı keçirildiyi üçün təqsirləndirilənlərin mövqeyi ictimaiyyətə açıqlanmayıb.(BBC)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam