Redaktor seçimi
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Günün xəbəri

Vəzifədən çıxarılan Günel kimdir? – Onu Fuad Nəcəfli ilə nə birləşdirir? Daha kimlər təmizlənəcək?

Vəzifədən çıxarılan Günel kimdir? –
Xəbər verdiyimiz kimi, Naxçıvan Perinatal Mərkəzinin direktoru işdən azad olunub.
Yenixeber.org: Bununla bağlı Naxçıvan Muxtar Respublikası səhiyyə naziri Samiq Sadıxov əmr imzalayıb.
Əmrə əsasən, mərkəzin direktoru Günel Abdiyeva vəzifəsindən azad edilib. Onun vəzifəsindən kənarlaşdırılmasına səbəb kimi yol verilən nöqsanlar və vətəndaşların çoxsayılı şikayətləri ilə bağlı olduğu bildirilir.
Günel Abdiyevanın kim olmasına dair saytımıza maraqlı məlumatlar daxil olub. Məlumatda iddia olunur ki, Günel Abdiyeva vəzifədən azad edilən Fuad Nəcəflinin həyat yoldaşının bibisi qızıdır.
Həkim-ginekoloq olan Günel Abdiyeva 2020-ci ildən Gömrük Xəstəxanasında həkim-ginekoloq kimi fəaliyyət göstərib və son illərdə ara-sıra Naxçıvan Perinatal Mərkəzində də xəstə qəbulu həyata keçirib. 2025-ci ilin aprelində Perinatal Mərkəzin 3 ay əvvəl təyin edilmiş direktoru Elnur Həmzəyev azad olunaraq Günel Abdiyeva rəhbər təyin edilib.
Naxçıvana səhiyyə naziri vəzifəsinə gətirilən Samiq Sadıxov Fuad Nəcəfli ilə əlaqələrini daha da istiləşdirmək üçün iddiaya görə hətta Naxçıvan şəhərindəki mənzillərindən birini qalması üçün Günel Abdiyevaya verib. Amma Fuad Nəcəflinin 12 noyabrda qəfil vəzifədən azad edilməsindən cəmi 13 gün sonra elə Samiq Sadıxovun əmri ilə Günel Abdiyeva 7 aylıq vəzifəsindən çıxarılıb.
Saytımıza daxil olan məlumatlara görə, Fuad Nəcəfliyə yaxın (xüsusilə qadın) digər kadrların da təmizlənməsi gözlənilir. Nəcəflinin qəzəbə tuş gəlməsində ətrafındakı bir qrup xanım əməkdaşın iş və həyat tərzinin də rolu olduğu iddia edilir. Həmin şəxslərin işləri ilə məşğul olmaq yerinə səyahət və əyləncə ilə Naxçıvan sakinlərini və ölkədəki qərar verən dairələri qıcıqlandırdığı bildirilir. Onların vəzifələrini və yerlərini unutduğu, özlərini sanki sanatoriya və ya kurort səyahətinə göndərilmiş kimi aparmasının Bakıda kəskin reaksiya doğurduğuna dair fikirlər var.
Oxumağa dəyər: Arif Rəhimzadədən Bakıda SSRİ bayrağı qaldırılmasına reaksiya: Burada nə var ki?!
Heç bir dolğun fəaliyyəti olmayan bu qrupun hətta hədlərini aşaraq özlərini MR-də ‘prezident ailəsi üzvləri’ statusunda aparmağa çalışması Fuad Nəcəfli ilə bağlı daşmaqda olan səbr kisəsinə düşən əsas damcılardan hesab edilir.(Azərbaycan24)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam