Paşinyan II Qareginə çağırış etdi...

Ktrix Nersisyan (Bütün Ermənilərin Katolikosu II Qaregin – red.) islahat prosesində iştirak etmək üçün bütün imkanları tükətmişdir; o, sadəcə Müqəddəs Eçmiədzinin ana taxtını azad etməlidir.
,Yenixeber.org: Ermənistanın Baş naziri Nikol Paşinyan bunu noyabrın 27-də jurnalistlərlə söhbətində bildirib.
Onun sözlərinə görə, Erməni Apostol Kilsəsinin istənilən davamçısı ana taxtın "azad edilməsində" iştirak edə bilər. Paşinyan izah edib ki, bu, bütün vətəndaşlara aiddir.
"Biz islahat yolu ilə getməliyik; bu yol olmadan heç bir məsələ həll oluna bilməz. Mən hər kəsin bu yolu tutmaq istəyini alqışlayıram", - deyə o əlavə edib.









AZ
RU