Redaktor seçimi
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Günün xəbəri

“Meqa Sığorta” şirkətindən narazılıq:Pul alır, amma pul vermir…

media-68

Noyabrın 16-da jurnalist Vazeh Bəhramoğlu Mehdiyevin idarə etdiyi avtomobil qəzaya uğrayıb.

Yenixeber.org: O, “BMW” markalı, 77-KR-055 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsindən üzü “Bakıxanov” stansiyasına doğru hərəkət edən zaman anidən köməkçi yoldan baş yola çıxan avtomobil tərəfindən vurulub.

Vazeh Bəhramoğlu avtomobilinə dəymiş ziyanın müəyyənləşdirilməsi üçün “Meqa Sığorta” ASC-yə müraciət edib. Amma şirkət ona dəymiş ziyandan xeyli aşağı məbləğ təklif edib.

Jurnalist publika.az-a məsələ ilə bağlı bunları bildirdi: “Dəymiş ziyanın dəyərləndirilməsi, yəni təklif edilən məbləğ heç bir halda məni qane etmədiyindən hadisəni ictimailəşdirmək məcburiyyətində qaldım.

Beləliklə, Sabunçu Rayon Dövlət Yol Polis Şöbəsinin müvafiq rəyindən sonra baş vermiş yol qəzasında günahım olmadığı təsdiq edildi. Bundan sonra zərərin qiymətləndirilməsi üçün “Meqa Sığorta” ASC tərəfindən Babək prospektində yerləşən “GM Baku Center” adlı avtoservisə müraciət etməyim məsləhət olundu. Adıçəkilən ünvana getdim, sığorta şirkətinin əməkdaşı bir neçə fotoşəkil çəkdi və “1-2 gün ərzində sizə cavab veriləcək”, – deyə qeyd etdi.

İki gün sonra isə “Meqa Sığorta” ASC-dən “Avtomobilinizə dəymiş zərər 1330 azn dəyərləndirilmişdir”, – deyə cavab aldım. Göndərilən linkə daxil olaraq bu təkliflə razılaşmadığımı, dəymiş ziyanın qeyd olunan məbləğdən artıq olduğunu bildirdim. Ardınca *8778 nömrəsi ilə əlaqə saxlayaraq bu haqda sığorta şirkətini məlumatlandırdım. Dedilər ki, qısa müddətdə müraciətimə baxılıb qərar veriləcək. Lakin üzərindən 3 gün keçsə də heç bir cavab almadım. Odur ki, bu gün yenidən sözügedən sığorta şirkəti ilə əlaqə saxladım. Şirkətin qiymətləndirmə şöbəsindən bildirdilər ki, ilkin məbləği artırıb 1400 manat ediblər. Yəni cəmi 70 manat…

Təbii ki, bu da qaneedici deyil. Çünki təklif olunan məbləğə “BMW” (F30) markalı avtomobilin ön farasını, ön “bufer”ini, fara yuyanını, qabaq sağ qanadını (krilo) dəyişdirmək, həmçinin dəmirçi, rəngsaz və “bufer” ustasına zəhmət haqqı ödəmək mümkün deyil. Müraciət etdiyim digər avtoservis və ehtiyat hissələri satışı mağazası bundan xeyli artıq qiymət müəyyən edib – təxminən 2000 manat. Avtomobildən və təmir işlərindən başı çıxanlar da bunu təsdiqləyə bilər. Lakin şirkətin nümayəndəsi buna məhəl qoymadı və təklif etdikləri məbləğdə israr etdi.

“Meqa Sığorta” ASC media nümayəndəsinin başına bu oyunu açırsa, vay sadə vətəndaşın halına… Odur ki, başıma gələnləri əsas gətirərək vətəndaşlara “Meqa Sığorta” ASC-yə yox, ölkədə fəaliyyət göstərən digər sığorta şirkətlərinə müraciət etmələrini, onların xidmətlərindən yararlanmağı tövsiyə edirəm. Təbii ki, əgər bu cür problemlə üzləşmək, 10 gün maşınsız qalmaq, taksilərə pul xərcləmək istəmirlərsə…”

Jurnalist sonda qeyd etdi ki, bu məsələdə nəzarətedici, istehlakçıların hüquqlarının müdafiəçisi funksiyasını yetirə yetirən Mərkəzi Banka müraciət edəcək.

media-66media-67media-68



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam