Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Gömrükdə -narkotik aşkar edildi

Gömrükdə narkotik aşkar edildi
Gömrükçülər narkotik vasitələr aşkarlayıblar.
Yenixeber.org: Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan piyada gələn həmin ölkə vətəndaşı Eskandarabadi Arash Modira piyada xətti ilə gömrük nəzarəti həyata keçirilən salona daxil olub və əl yükləri rentgen aparatı ilə yoxlanılarkən monitorda şübhəli predmetlərin təsviri görünüb. Şifahi sorğu-sual zamanı əl yüklərində gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin, o cümlədən narkotik vasitə və psixotrop maddələrin olmadığını bildirib. Baxış zamanı vətəndaşa məxsus əl yükündə içərisinə qaşıq, çəngəl, bıçaq dəsti yığılmış düzbucaqlı formalı qutunun üst, arxa və alt divarlarında malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş cəmi 8 ədəd bağlamalarda, ümumi çəkisi 3462 qram olan tünd qəhvəyi rəngli narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam