Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İrandan Azərbaycana - narkotik keçirmək istədi

İrandan Azərbaycana narkotik keçirmək istədi
Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Biləsuvar gömrük postunda İran İslam Respublikasından ölkəmizə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.
Yenixeber.org: Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, şifahi sorğu-sual zamanı üzərində gömrük nəzarətindən gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirib.

Şəxsi yoxlama zamanı onun üzərindən, gömrük nəzarətindən gizlədilən 3 ədəd bükümdə çəkisi 52 qram olan psixotrop maddə - metamfetamin, 154 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin və çəkisi 6 qram olan tünd qəhvəyi rəngli narkotik vasitə - tiryək aşkarlanıb.

Daha sonra vətəndaşın idarə etdiyi "Hyundaı Elantra" markalı nəqliyyat vasitəsinə gömrük baxış keçirilib. Yoxlama zamanı avtomobilin salonunda bir ədəd bükümdə təqribi çəkisi 0,5 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam