Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

39 minlik yol lövhələri oğurlandı -VİDEO

39 minlik yol lövhələri oğurlandı -

 

Masallıda oğurluq faktı qeydə alınıb

Yenixeber.org:  ARB TV-yə istinadən xəbər verir ki, Masallıda hələ istifadəyə verilməmiş Ələt-Astara avtomobil yolunun, rayonun Sərcuvar və Hüseynhacılı kəndlərindən keçən hissəsində, yolun kənarında quraşdırılan və aliminium materialından hazırlanmış 40 ədəd yol lövhəsi oğurlanıb.

Lövhələri quraşdıran şirkətin əməkdaşları tərəfindən məsələ ilə bağlı Masallı Rayon Polis şöbəsinə müraciət olunub. Əməliyyat-axtarış tədbirlər nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilib. 

 

Məlum olub ki, cinayət hadisəsini rayonun Qasımlı kənd sakini, İlqar Şükürov və Şıxlar kənd sakini Fərhad Fərhadlı qabaqcadan əlbir olmaqla törədiblər.

Əvvəllər də məhkumluq həyatı yaşayan hər iki şəxs şirkətə ümumilikdə 34 min 358 manat ziyan vurublar. Həmin şəxslərin oğurladığı yol lövhələrinin bir hissəsi maddi sübut kimi götürülüb.

Fərhad Fərhadlının ətrafında aparılmış əməliyyat-axtarış tədbirləri zamanı onun törətdiyi digər bir cinayət faktının da üstü açılıb.

Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb araşdırma aparılır.

Videonu izləmək üçün şəklə klikləyin:
39 minlik dələduzluq - Yol lövhələri oğurlandı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam