Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Masallıda kriminal avtoritetin silahı oğurlandı

 

Masallıda kriminal avtoritetin silahı oğurlandı

 

[hide]

Masallıda evdən silah sursat oğurlayan şəxs saxlanılıb

Yenixeber.org:

Masallı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, yanvar 14-də rayonun Səmidxan kənd sakini Pərviz Səmədov oğurluq məqsədilə həmin kənd sakini, kriminal aləmdə “Axsaq Ceyhun” kimi tanınan Ceyhun Kərimova məxsus yaşayış olmayan evə qanunsuz yolla daxil olub. Həmin evdən bir ədəd “Kalaşnikov” tipli AKSM markalı avtomat, bir ədəd RQD-41, 4 ədəd F-1 markalı əl qumbarası alışdırıcısı ilə birlikdə, 1 ədəd siqnal vermək üçün nəzərdə tutulmuş tapança, 3 ədəd içərisində ümumilikdə 81 ədəd patron olan avtomat darağını oğurlayaraq dayısına məxsus yaşayış olmayan evin həyətində olan yardımçı tikilidə basdırıb.

İstintaq-əməliyyat tədbirlərinin davamı olaraq məhkəmə qərarı əsasında Ceyhun Kərimova məxsus evdə aparılmış axtarış zamanı oradan içərisində 30 ədəd 5.45 çaplı güllə olan 1 ədəd avtomat darağı aşkar edilərək götürülüb. Hər iki şəxs saxlanılıb və törətdikləri əməli etiraf edib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam