Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Bakıda övladları ilə görüşə bilməyən kişi xəstəxanada intihar edib- FOTO - VİDEO - YENİLƏNİB

 

 

Ötən gün axşam saatlarında Bakının Nəsimi rayonu ərazisində ölümlə nəticələnən intihar hadisəsi baş verib

 

Yenixeber.org: 1978-ci il təvəllüdlü Seyidov İbrahim Əbdüləziz oğlu Yasamal rayonu, Murtuza Muxtarov küçəsində bıçaqla ürək nahiyəsinə zərbə vuraraq intihara cəhd edib.

Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzin Cərrahiyyə korpusuna, əməliyyat olunduqdan sonra isə Reanimasiya şöbəsinə yerləşdirilib. İ.Seyidov ayıldıqdan sonra xəstəxananın 4-cü mərtəbəsində pəncərəyə çıxaraq özünü oradan yerə atıb. Kişi hadisə yerində dünyasını dəyişib.

İntihara İ.Seyidov ilə keçmiş həyat yoldaşı arasında mübahisə səbəb olub. Onlar bir müddət öncə boşanıb. İ.Seyidov dəfələrlə azyaşlı uşaqlarını görmək istəsə də, buna nail ola bilməyib və sonda intihar etmək qərarına gəlib.

Mərhum bu sözləri intihara cəhd etdikdən sonra yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilərkən həkimlərə deyib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam