Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda kişi özünü öldürməklə hədələdi- Uşaqlarımı qaytarın

Bakıda kişi özünü öldürməklə hədələdi

 

Bakıda orta yaşlı kişi intihara cəhd edib

 

Yenixeber.org: Naməlum şəxs Binəqədi rayonunda intihar məqsədilə altımərtəbəli yaşayış binasının damına çıxıb. O, bildirib ki, övladları qaytarılmasa, özünü ataraq intihar edəcək.

Hadisə yerinə polislər və xilasedicilər gəlib. Məlum olub ki, binanın damına çıxan şəxs paytaxt sakini, 1977-ci il təvəllüdlü Ağakişiyev Fədail Rövşən oğludur. O deyib ki, övladlarını qayınanası aparıb və uşaqların qaytarılmasını tələb edib. Polis əməkdaşları dərhal həmin şəxsin qayınata və qayınanası ilə əlaqə yaradıblar. F.Ağakişiyevin qayınanası deyib ki, uşaqları qaytarmaq fikri yoxdur, “Fədail nə istəyirsə, etsin”.

Uzun söhbətdən sonra 40 yaşlı kişi xilasedicilər tərəfindən binanın damından düşürülüb və polisə təhvil verilib.

İlkin araşdırmalardan sonra məlum olub ki, intihara cəhd edən şəxs taksi sürücüsüdür. Onun ciddi ailə problemləri olub və həyat yoldaşından ayrılıb.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam