Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

Gömrük rəisi həbs olundu - Naxçıvanda saxta dollar əməliyyatı

dollar

İran İslam Respublikasından Naxçıvan MR-ə külli miqdarda saxta dolların keçirilməsi faktı üzrə cinayət işi başlanıb.

Xeberinfo.com:  “AzPolitika.info”ya daxil olan məlumata görə, cinayət işinin istintaqı MR Dövlət Təhlükəsizlik Xidməti (DTX) və Respublika Prokurorluğunun birgə istintaq qrupu tərəfindən aparılır. İlkin araşdırmalar zamanı saxta dollarların Naxçıvana keçirilməsində gömrük əməkdaşlarının da iştirakı şübhəsi ortaya çıxıb. Məlumata görə, Culfa Gömrük İdarəsinin rəisi, gömrük xidməti mayoru Bəhruz Mədətli vəzifəsindən götürülüb, onun DTX tərəfindən saxlanıldığı haqda məlumatlar var.

Məlumatda həmçinin bildirilir ki, Naxçıvana külli miqdarda saxta dollar keçirilməsi məsələsinə həsr olunmuş iclasda DTX rəisi, general-mayor Fazil Ələkbərov Culfa Gömrük İdarəsinin rəisini terror təşkilatına yardım etməkdə ittiham edib. Bu məlumat ehtimal etməyə əsas verir ki, Naxçıvana ötürülən saxta valyutanın hansısa terror təşkilatına məxsus olduğu haqda əməliyyat məlumatları olub.

gomruk

Culfa Gömrük İdarəsindəki mənbə Bəhruz Mədətlinin işdən çıxarıldığını təsdiq etdikdən sonra əməkdaşımız daha ətraflı məlumat almaq üçün Naxçıvan MR Gömrük Komitəsi ilə əlaqə saxlayıb.Lakin Komitənin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş inspektoru Rahil Tahirli telefonu açmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam