Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

MTN müstəntiqi öz generallarının üzünə durdu

Saxta cinayət işlərini aparan müstəntiq Elşən Murtuzovun həbs olunmamasının sirri

Xeberinfo.com:  Hazırda həbsdə olan ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinə daxil olan şəxslərin cinayət işi üzrə istintaq davam edir. Ləğv olunmuş MTN-nin Anti Terror Mərkəzinin sabiq rəisi həbsdə olan general Elçin Quliyevlə nazirliyinin İstintaq Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi Elşən Murtuzov arasında üzləşdirilmə keçirilib. Üzləşdirmə bir müddət əvvəl intihar edən MTN polkovniki Malik Mustafayevin və nazirlik tərəfindən saxta və qurama ittihamlarla qanunsuz həbs olunan şəxslərin işi üzrə aparılıb. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan “MTN işi” ilə bağlı müxtəlif epizodlar üzrə dindirməyə cəlb olunan müstəntiq Elşən Murtuzov apardığı saxta cinayət işlərindən danışıb. Belə ki, qanunsuz həbslərlə bağlı qərəzli istintaqın birbaşa MTN generalların tapşırığı ilə həyata keçirildiyini səmimi etiraf edib.
O, üzləşmə prosesində general Elçin Quliyevin və MTN-nin həbsdə olan digər yüksək vəzifəli şəxslərinin üzünə durub. Görünür, istintaqda səmimi olmasına görə Elşən Murtuzov digər həmkarlarının taleyini yaşamayıb. Belə ki, o hal-hazırda da DTX-da müstəntiq kimi çalışır. Ancaq onun DTX-da sona qədər qalacağı da inandırıcı deyil. Çünki, “MTN İşi” ilə bağlı zərərçəkənlər müstəntiq kimi Elşən Murtuzovun özündən də şikayətçidir. Konkret olaraq, intihara vadar eedilən MTN polkovniki Malik Mustafayevin qardaşı Mətləb Mustafayev hüquq-mühafizə orqanlarından vaxtilə onu qanunsuz həbsə almış Elşən Murtuzovun da həbsini tələb edir.
Onu da qeyd edək ki, Elşən Murtuzov medianın gündəminə sabiq vicdan məhbusu Pərviz Həşimlinin həbsi ilə gəlib. MTN rəhbərliyinin məkrli planlarının həyata keçirilməsi məqsədiylə həbs edilən Pərviz Həşimliyə qarşı saxta istantaqı da məhz Elşən Murtuzov apararaq, daha bir cinayətə imza atıb. (Gununsesi.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam