Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

Azərbaycan erməni təxribatına cavab verdi - VİDEO

Azərbaycan erməni təxribatına cavab verdi - VİDEO

 

 

Xeberinfo.com:  Moskvada Fight Nights Global 53 döyüşləri keçirilib. 57,2 kq-a qədər çəki kateqoriyasında azərbaycanlı Elnar İbrahimov litvalı Oleq Liçkovaxuya qalib gəlib. Amma Moskvadakı döyüş gecəsi bizim üçün yalnız bununla yadda qalmayıb. Ermənilər burada da növbəti təxribat təşkil etməyə cəhd göstəriblər.
Belə ki, Elnara qədər Vartan Asatryan rinqə çıxıb və döyüşünü udub. Sonra öz qələbəsini Dağlıq Qarabağa həsr etdiyini bildirib və tanınmamış "Dağlıq Qarabağ Respublikası”nın bayrağını qaldırıb. Bundan başqa, separatçı qurumun bayrağının təsviri onun tumanında da əks olunub.
Bu Azerbaijan Fight Club-un prezidenti Şəhriyar Abbasovun başçılığı ilə Azərbaycan nümayəndə heyətini hiddətləndirib. O, Rusiya televiziyasının birbaşa yayımında rinqə çıxıb və deyib: "Bütün dünya bilir ki, Dağlıq Qarabağ Azərbaycan ərazisdir, bura idman meydanıdır, siyasət meydanı deyil. Hər kəsdən xahiş edirəm ki, idmanla maraqlansın”.
O, təşkilatçılara da müraciət edib və bu məqamların yolverilməz olduğunu bildirib.
Şəhriyar Abbasov virtualaz.org-a bildirib ki, Asatryanaya qarşı mütləq sanksiyalar qəbul ediləcək. "Ona "NKR" bayrağı ilə rinqə çıxmağı və bayraq təsviri olan tuman geyməyi qadağan edəcəklər. Düzdür, o orada Qarabağdan olduğunu əsas gətirərək öz hüquqlarını müdafiə etməyə cəhd göstərdi. Amma məlumdur ki, yarışlarda separatizm rejiminin əlamətlərindən istifadə etmək qadağandır. Bizə tədbir görəcəklərinə söz verdilər, çünki bu peşəkar idmandır, siyasət deyil".
Qeyd edək ki, döyüş Rusiyanın məşhur “Боец” televiziyası ilə canlı yayımlanıb.
Həmin anları təqdim edirik:

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam