Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Azərbaycanlı və erməni deputatlar arasında mübahisə düşüb...NATO-nun konfransında

Azərbaycanlı və erməni deputatlar arasında mübahisə düşüb...

 

NATO Parlament Asambleyasının (PA) İtaliyanın paytaxtı Romada keçirilən “Aralıq dənizi hövzəsi ölkələri və Orta Şərq Transatlantik müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq” adlı konfransında Azərbaycan Milli Məclisinin nümayəndə heyəti də təmsil olunub

 

Yenixeber.org: Konfransda iştirak edən Azərbaycanın NATO PA-da nümayəndə heyətinin üzvü, deputat Məlahət İbrahimqızı APA-ya bildirib ki, çıxışında Norveçdəki NATO təlimində Türkiyəyə qarşı həqarəti pisləyib, təşkilat rəhbərinin Ankaradan üzr istəməsini təqdirəlayiq sayıb.

M. İbrahimqızı konfransda terrorizmlə bağlı mövzuya münasibət bildirərək Azərbaycanın uzun illərdir qonşusu Ermənistan tərəfindən həm işğala, həm də terrora məruz qaldığını söyləyib: 

“Bu terror aktlarının araşdırılması nəticəsində onların arxasında hər zaman Ermənistan kəşfiyyatının dayandığı üzə çıxıb. Azərbaycanın 20 faiz torpaqlarını işğal etməsinə, bütün beynəlxalq sənədlərdə bunun əks olunmasına baxmayaraq, Ermənistan bu gün də terror aktlarına dəstək verir. Təəssüf ki, bizim terrordan əziyyət çəkməyimizə göz yumulur. Baxmayaraq ki, Azərbaycan hökuməti beynəlxalq antiterror fəaliyyətlərinə ilk qoşulan ölkələrdən biridir və terrorun hər növünü pisləyir”.

Deputat terror təhdidi ilə bağlı yalnız İŞİD-in adının hallanmasına etirazını bildirib. O, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən də terror fəaliyyəti sübut olunan ASALA və digər terror təşkilatlarını xatırladıb və MKİ-nin bununla bağlı yayımladığı hesabatı təqdim edib: “İŞİD-in simasında radikalizmdən, terrorizmdən danışmaq azdır. Əgər biz bu problemdən danışırıqsa, məsələyə tam olaraq yanaşmalıyıq. Çünki adlarını sadaladığımız digər terror təşkilatları da, bilirsiniz ki, həmişə təhdiddir. Çünki onların üzvləri sabah başqa bir adla ortaya çıxacaq. Terror təhdidinin son illər nəinki bizim regionda, hətta Avropanın özündə də intensivləşdiyini nəzərə alsaq, biz bunu ciddiyə almalıyıq”.

Azərbaycan tərəfinin təklifindən sonra bir neçə nümayəndə bu tip təşkilatların fəaliyyəti ilə bağlı araşdırmanın və məlumatların paylaşılmasının vacibliyini vurğulayaraq, terror təhdidinə təktərəfli yanaşmamağın vacibliyini qeyd edib. Bundan narahat olan Ermənistan nümayəndə heyətindən deputat Karyun Nahapetyan Azərbaycan nümayəndə heyətinin çıxışına reaksiya vermək istəsə də, ona söz verilməyib. Sonrakı sessiyada o, söz alaraq mövzunun Suriya, Bəşər Əsəddən sonrakı dövr və sair olduğunu söyləyib və deputatları mətləbdən uzaqlaşmaqda ittiham edib. Moderator erməni deputata xəbərdarlıq ünvanlayıb.

M. İbrahimqızı növbəti çıxışında erməni deputatın təxribatına cavab olaraq MKİ-nin sənədini bir daha göstərərək rəsmi statistikaya istinadən məsələ qaldırdığını xatırladıb: 

“MKİ-nin  hesabatını siz rədd edə bilərsiniz. Amma bu, rəsmi sənəddir. Siz hələ də bilmirsiniz ki, təmsil etdiyiniz dövlət neçə beynəlxalq sənədin tələbini pozaraq qonşu ölkənin torpağını işğalda saxlayır. Mən bu sənədləri sizə bağışlayıram, heç olmasa, oxuyun. Sizi dünya işğalçı, aqressiv ölkə kimi tanıyır. Burada, NATO PA tədbirində, aqressivliyinizi bir daha sübut etdiniz. Günahkarlar heç vaxt özünü sakit apara bilmir. Siz bunu bir daha sübut etdiniz”. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam