Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın daxili işidir” -PREZİDENTDƏN LAVROVA CAVAB

ilham-eliyev

“Keçən ilin dekabr ayındakı növbəti təxribatın məqsədi aydın idi. Çünki aprel ayında erməni silahlı qüvvələri bizə qarşı silahlı təxribat törətməyə cəhd etmişdi. Ancaq bu təxribat nəticəsində özləri peşman oldular”. 

Xeberinfo.com:  Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşdə deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan ordusu erməni silahlı qüvvələrinə elə zərbə vurdu ki, bu günə qədər də özlərinə gələ bilmirlər: “Aprel hadisələrindən sonra nəinki Ermənistan ordusu, hətta Ermənistan dövləti belə sirkələndi, generallar rütbələrini, vəzifələrini itirdilər, Ermənistan cəmiyyətində panika, təşviş hökm sürürdü, bu gün də bu davam edir”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ordusu, Azərbaycan dövləti işğal edilmiş torpaqların bir hissəsini işğalçılardan azad edib, indi o torpaqlarda bərpa işləri aparılır:“Azərbaycan vətəndaşları o torpaqlara qayıdacaqlar. Ermənistan çox çalışdı ki, aprel döyüşlərindən sonra bu məsələyə beynəlxalq don geyindirsin, çox çalışdı ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı – Ermənistan həmin təşkilatın üzvüdür – bu məsələ ilə bağlı öz mövqeyini bildirsin. Halbuki bunun üçün heç bir hüquqi əsas yoxdur. Bizim Ermənistan torpağına iddiamız yoxdur. Baxmayaraq ki, hamımız yaxşı bilirik ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb. Ancaq öz torpağımızı biz heç kimə verən deyilik. Aprel döyüşləri və təmas xəttində yaşanan gərginlik və toqquşma bizim daxili işimizdir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya Dağlıq Qarabağı məhz belə tanıyır və bu münaqişənin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər”.

Qeyd edək ki, prezidentin bu açıqlaması Rusiyanın  xarici işlər naziri  Sergey Lavrova cavab kimi də qəbul edilə bilər. Belə ki, Sergey Lavrov yanvarın 17-də Moskvada mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın daxili işi olmadığını bildirmişdi: “Dağlıq Qarabağ münaqişəsi mücərrəd bir məsələ və sırf Azərbaycanın daxili işlərinə aid bir mövzu deyil. İşğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması və Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi tələbi hər zaman qüvvədə qalır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam