Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Ədalət meyarının urvatsız edilməkliyi

2ER

Xristian siyasətində «erməni azarı» bir vasitədir!

Türkiyə Avropanın gözünə sancılmış «OX»-dur?

Xeberinfo.com:   Xəbər verildiyi kimi, daha bir xristian ölkəsi həqiqətin sifətinə nəcis ataraq, «ədalət meyarı»nı növbəti dəfə aşağılayaraq, bir qədər də urvatsız etdi! Nə deyəsən – bu da Almaniya. Vaxtilə yəhudiləri etnik mənsubiyyətinə görə, kütləvi halda, dövlət səviyyəsində qəbul edilmiş xüsusi proqram («yəhudi işi») əsasında, qaz sobalarında qətliama məruz qoymuş bir ölkənin paplamenti yekəbaşlıq edərək, digər ölkənin işinə qarışır və necə deyərlər «özgənin gözündə tir axtarır». Bunların məqsədi nədir? Bundestaq hansı əsasla öz səlahiyyətlərini aşır? Almaniyanın bundan qazanacağı nə olacaq? Bu «fətva» harada verilib?..
Hər şeydən əvvəl qeyd etmək istəyirəm – Almaniyanın Türkiyəyə qarşı atdığu bu addım, avtomatik olaraq, həm də Azərbaycana qarşı işlənmiş sui-qəsddir, biləsiniz! Bu böhtan həm də bizlərə atılıb – gərəkdir ki, adekvat cavabı verilsin. Artıq hər kəsə gün kimi aydındır – canavardan ev heyvanı olmadığı kimi, xristian da qərəz və küdurətdən kənar qala bilmir! Həmin qərəzin, kin-küdurətin «xammal»ı da məhz almanın başçılıq etdiyi baş katolik kilsəsi ndə «emal»a məruz qoyulur. Özünüz düşünün – necə ola bilər ki, Vatikan deyilən katolik dövlət «erməni genosidi» adlandırılan uydurmanı «öpüb, gözünün üstünə qoysun», əhalisinin əksəriyyəti Fransisk adlı baş katolikin «sutana»sının ətəyini öpən və keçmiş «nasist»lərin xələfindən ibarət olan Almaniya onu «tanımasın»? Odur ki, «fətva»nın çıxdığı «deşik» məlumdur…

VATICAN-POPE-CONSISTORYUnutmayaq ki, nasistlərin dövründə Almaniyada hakim partiya formal olaraq, nasional-sosialist partiyası adlanırdı. Hitlerin başçılıq etdiyi bu partiyanın nə qədər «sosialist» olduğunu bəşəriyyət artıq görüb-bilir. İndi bu ölkədə hakim paptiya «xristian-demokrat partiyası» adlanır – bu da formal. Gerçəkdə isə çağdaş təcrübə göstərir ki, Hitlerin partiyası «sosialist» olduğu qədər də, Merkelin partiyası «demokrat»dır! Bununla bərabər, bu partiyanın xristianlığı «göz qamaşdırır»…
Almaniya bundestaqı «erməni genosidi» adlı uydurmaya «kafa endirmək»lə, çağdaş almanların obyektivlikdən, ədalət meyarından nə qədər uzaq düşdüyünü açıq şəkildə ortaya qoymuş oldu. İndi soruşmaq gərəkdir: Ey, «xristian demokrat», sənin əlində bir dəlil-sübutun varmı ki, «genosid» deyirsən? Sənin nə ölümün var ki, başqa bir dövlətin 100 il bundan əvvəl nə yapdığını «təftiş edirsən»? Məgər sən, məhkəməsən?
Maraqlıdır, məhz hansı səbəbdən dolayı, Avropa Türkiyəyə qarşı yeni bir «səlib yürüşü»nə start verib? Sanki Türkiyə, xristian Avropanın sol gözünə sancılmış bir OX-dur! Bu xəbis toplum dövrün Metesindən tutmuş Osmanlıya qədər, türkün ona verdiyi «tərbiyə»ni əsrlər ötsə də, unuda bilmir…
Məqsəd Türkiyəni zəif salmaqdır, yoxsa ki, 100 il bundan əvvəl beş-on murdar dığanın tələf olub-olmaması almanın, fransızın, ingilisin, isveçin, hollandın, danimarkalının və s. nəyinə lazımdır? Riyakarlıq, məkr göz önündədir. Çağdaş Avropa keçmişlərdə olduğu kimi, indi də Türkiyəyə qarşı ermənidən də, PKK-dan da, itdən-qurddan da istifadə edir və edəcək. Amma necə deyrlər, «it hürər – karvan keçər». Sadəcə, düşməni tanımaq gərəkdir. Gərəkdir ki, Türkiyə də, Azərbaycan da, Qazaxıstan da, Türkmənistan da, Qırpğızıstan da, Ozbəkistan da, Tatarstan da, Başqurd ölkəsi də… bütövlükdə, dünya türkləri «dost siyahısı»na yenidən nəzər salsın. Bu istiqamətdə dünya türklərini sıx həmrəyliyə çağırıram. Qoy hamımız ucadan deyək:Almaniya bundestaqının «erməni soyqırımı»nı tanımaq barədə qəbul etdiyi qətnamə ayaqyoluna aparılacaq bir kağız parçasıdır ki, hər-hansı hüquqi nəticə doğurmaz! Amma biz, Almaniya bundestaqının bunca həyasız hərəkətini nifrətlə pisləyirik!

1ERŞübhəsizdir ki, almanların bu addımı bizim tərəfimizdən də adekvat reaksiya doğuracaq. İlk növbədə, Qarabağ probleminin həlli məsələsində Almaniyaya inamsızlıq qümayiş etdirmək üçün əlimizdə yetərincə əsasımız var. Məumdur ki, Almaniya ATƏT-in Minsk qrupunun üzvüdür. Amma, xristian-demokrat almanlar bizə bir daha xatırlatdılar ki, onlar da erməni kimi xaç gəzdirəndirlər. Minsk qrupunun həmsədr ölkələri də xristiandırlar. Onların hamısı erməni ilə pərdəli həmrəylik sərgiləyir və bu iyrənc riyakarlıq 20 ildən artıqdır ki, davam edir. Hələ də sonu görünmür və bizi dilə tutub, «danışıqlar yolu» adlı nağılla yuxuya verməyə çalışırlar…
Deyəsən, ATƏT-Matətin «xidməti»ndən imtina etməyimizin və onlara «gedin hoppanın» deməyimizin vaxtı yetişib. Çünki həmrəyliyə gəlmiş bu riyakarlar bəşəriyyətin bir vaxtlar baş əydiyi «həqiqət meyarı»nı tam urvatsız hala gətiriblər Bu çalışmada isə «alman dəqiqliyi» uzaqdan «bərq vurur»…
Mirzə AĞ
AzPolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam