Redaktor seçimi
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Günün xəbəri

“Bu, lovğalıq və həddini aşmaqdır!”

dv-başredaktor-kudaseffDeutsche Welle-nin şefi «erməni soyqırımı»nı tanıyan  qətnaməni sərt tənqid etdi

Xeberinfo.com:   Almaniyanın aparıcı “DW” (Deutsche Welle – Alman Dalğası) media holdinqinin baş redaktoru Aleksander Kudaşeff “erməni soyqırımı”nın tanınmasına dair qətnamə qəbul edən Bundestaqı sərt tənqid edib.

Kudaşeff qətnamənin qəbulunu yanlış addım adlandırıb: «Sual yaranır – Bundestaq bunu niyə etdi? Alman təkəbbürünü çıxsaq, bunun üçün hansısa başqa səbəblər vardımı? Xeyr, heç bir real səbəb yox idi».

Kudaşeff hesab edir ki, Bundestaq bütün almanların adından belə bir qərar verməməli idi. Eyni zamanda, türklərin, Türkiyə siyasətinin üzərinə düşən vəzifəni üstlənməmli idi: «Bu, Almaniya Bundestaqının müzakirə edəcəyi məsələ deyil. Türklər tarixlə, keçmişləri ilə özləri hesablaşmalıdırlar. Almaniya parlamentinin bu addımı təkcə təkəbbür deyil, həm də lovğalıqdır. Başqa ölkənin daxili işlərinə müdaxilədir, həddi aşmaqdır”.

Baş redaktor deyir ki, söhbət, əxlaqi yox, Almaniyanın yanaşmasından gedir: «Söhbət həm də almanların İkinci dünya müharibəsi, xüsusilə də Avropa yəhudilərinin kütləvi qətli ilə yadda qalan keçmişlərinə baxışından gedir. Almaniyanın bununla hesablaşması bir çoxları üçün nümunə ola bilər. Lakin keçmişdə baş verənləri xəta kimi qəbul etmək almanların daxili işidir. Əgər Türkiyədən də eynisini gözləyirlərsə, bunu alman tarixçiləri, siyasilər, mütəxəssislər, xüsusilə də alman-türk ekspertlər dünyanın bütün tribunalarında tələb kimi qoymalıdılar. Almaniya Bundestaqı bunun ediləcəyi yer deyil. Belə çıxır ki, stalinizmi, maoizmi, Vyetnam savaşını da Budestaqda qınayacaqsız?!

Bu, müştəbeh, ən pisi də nəticə verməyəcək bir yanaşmadır. Diplomatiya dövlətlərin bir-birilə axıcı olan və bu xətti davam etdirməyi bəyan edən münasibətləridir. Nə bundan artıq, nə də əskik».


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam