KOMANDOSUN BOZ QURD TAKTİKASI
SAMVELİN ƏYİLƏN BELİ
Xeberinfo.com: Uğurlu aprel döyüşlərindən sonra istər ordunun özündə, istərsə də cəmiyyət daxilində itirilmiş torpaqlarımızın tezliklə geri qaytarılacağı istiqamətində toplumun sabaha olan inamı birə beş qat artıb. Paralel olaraq indi Ermənistan adlanan coğrafi ərazidə məskunlaşan haylar arasında da bir qorxu, bir səksəkə hökm sürməkdədər. Səfər Əbiyevin müdafiə naziri kimi öz postundan uzaqlaşdırılması və onun əvəzində həmin posta gətirilən Zakir Həsənovun elə ilk əmrlərindəcə "uçan, qaçan nə gördünüzsə, vurun; qırın bu oğraşları!" hayqırışı nəinki Azərbaycanı, bütöv bölgəni silkələdi. Bütün sərsəm iddialılar həmən anladılar ki, Azərbaycan ordusunun başında əsil komandos dayanıb...
Səfər Əbiyev komandasının ordu haqqında formalaşdırdığı mənfi rəylər sabun köpüyü olaraq bir andaca yox olub getdi. Üstəlik Zakir Həsənovla birgə müdafiə sənayesi naziri Yavər Camalovun müəyyən mənada konsalidə olunan fəaliyyətləri Azərbaycanın haqq savaşında sonuncu döyüşə hazırlaşması haqqında əməlli-başlı bir görüntü yaratdı. Və elə bununla da zaman-zaman puslara arxalanan erməni çetesinin Azərbaycanı psixoloyi gərginlik altında saxlaması aprel döyüşlərindən sonra əks effekt verməyə başladı. Özünün heç nəyi olmayan indi Ermənistan adlanan coğrafi ərazidə məskunlaşanlar Azərbaycanın hərbi sənaye kompleksinin səsinin müxtəlif qitələrdən gəldiyini eşidəndə şoka düşdülər. paralel olaraq siyasi müstəvidə qazanılan uğurlar da hərbi düşərgənin arxa cəbhəsinin əmin əllərdə olduğunu nümayiş etdirdi. Ölkədaxili resursların müəyyənləşdirilməsi prosesində sadə xalq əsgər intizamı ortalığa qoydu.
Və belə bir ruh yüksəkliyilə Azərbaycan ordusu düşmən tərəfin həmlələrini dəf edərək əks hücumla dördgünlük müharibədə bütün maraqlı tərəflərə kimliyini sübut etdi. Ordumuz strateyi əhəmiyyətli postları, yüksəklikləri ələ keçirdi. Millət bütövləşdi. tamlaşdı, ilkinliyinə qayıtdı, dilinə, elinə, belinə sahib çıxdı. Nəinki Ermənistan adlanan coğrafi ərazidə məskunlaşanlar, bütövlükdə Rusiya imperiyası ani olaraq şoka düşdü. Dünya silkələndi...
Onda Azərbaycan güclə diplomatiyanı birləşdirərək düşmənə meydan oxuyurdu. Xalq da yatmağı özünə haram bildi, müsəlləh əsgər olaraq ayaqda durdu. Urmiyadan Altaylaradək bütün Türk Dünyası döyüş təbili çalmağa başladı. Türkiyədə 80 milyonluq Boz Qurd ordusunun Oyanışı bozqırları titrətdi. Sibirdə Rusiya imperiyasının bayraqlarından tonqal çatıldı. Orta Asiya, Pakistan "əmrindəyik Azərbaycan!" dedi. 40 milyonluq Güney Azərbaycandakı titrəyiş seyirçi mövqedə dayanan və Ermənistanı aviabenzinlə təchiz etməyi özünə şərəf bilən İranı da dilləındirdi, yanımızda olduqlarını bildirdilər. Rusiya imperiyası Turan Avrasiya Birliyinin yarandığını zənn etdi. İçinə qısıldı. Beynəlxalq təşkilatlar nə baş verdiyini belə anlamadılar. Təkliflərdə, müraciətlərdə bulundular. Və...və...ÇOX HEYİF Kİ, DÖYÜŞ DAYANDIRILDI....
Dayandırılan döyüşün adına nağılbaz millətimiz yenə də qoşmalar, qaravəllilər calaq etdilər. Hərə bir söz danışdı və yenə də danışmaqdadılar. Eyb eləməz, əsas odur ki, millətin inamı özünə qayıtdı. SƏFƏR ƏBİYEVin "kolxoz sədri", Baş Qərargah rəisi kimi NƏCMƏDDİN SADIQOV da tarlada bir siluet olduğu apaydın göründü, kimliyi haqqında informasiyalar gündəmi zəbt etdi. Müdafiə naziriylə həmin Nazirliyin mətbuat xidmətinin operativliyi fonunda Baş Qərargah rəisinin tam fəaliyyətsiz və səriştəsiz olduğu üzə çıxdı. Əslində Nazirliyin özü də neçə illərin qış yuxusundan ayılmışdı.
Maraq doğuran hallardan biri də bu idi ki, sanki cəmiyyətin bütün üzvləri ayrı-ayrılıqda bir informatora çevrilmişdi. Hamı bir olmağa çalışır, səhvlər anındaca düzəldilirdi. Üstəlik informasiyaların düşmən tərəfin sosial şəbəkələrdəki paylaşımlarından, öz açıqlamalarından əldə edilməsi üçün peşəkar qruplar da səfərbər olmuşdu. Sevindirici haldır ki, hələ də sadalanan müsbət çalarlar öz ampulasındadır. Oxucunu anındaca yeni informasiya ilə təmin etmək baxımından mətbu şəbəkəmizdə də inanılmaz irəliləyişlər əldə olunmaqdadır. Azərbaycanın informasiya maşını da işini günün tələbləri səviyyəsində qurmaqla hansısa yollarla düşmən tərəfdən sızdırılan dezinformasiyalrın psixoloyi gərginliyini heçə endirmək üçün bütün mümkün vasitələrdən istifadə edir. Belə məqamlarda düşmənin öz diliylə faktları etiraf etməsininsə ayrı bir ləzzəti var. Bu baxımdan elə bu günlərdə qondarma “DQR”-in keçmiş “müdafiə naziri” olmuş general SAMVEL BABAYANın "SivilNet" internet televiziyasına müsahibəsində səsləndirdiyi etiraflar çox şeydən xəbər verir. Baxın, ERMƏNİ GENERALI DA "Azərbaycan böyük sayda müasir silahlara, artilleriya qurğularına, raket və hərbi-hava qüvvələrinə malikdir, gündən-günə də öz hərbi arsenalını genişləndirməkdədir. Ermənistanın nə maddi, nə insan resursları baxımından Azərbaycanla ayaqlaşmaq imkanı yoxdur" DEYİR....
Bəylər və xanımlar, bunu sıradan birisi deyil, erməni qəsbkarı, erməni başkəsəni, ermənilərin ictimai-siyasi sferasında kifayət qədər tanınan bir şovinist deyir. Bizim hərbi mundirlilərimiz "lazım gələrsə, İrəvanı vurmaq qabiliyyətinə də gücümüz çatar" deyəndə mətbu qəlsəmələr arasında özünə yer tapan infuzorlar hərbi generaliteti topa tuturdu. İndi görün tər-təmiz türk soyadına bir "yan" artıran Babayan (Sarkisyan elə belə zibillərinin üstünü ört-basdır etmək üçün 15 illik genetik araşdırmanın dərhal dayandırılmasına sərəncam verdi də - müəllif) nə deyir: "Azərbaycanlılar Naxçıvanda İsrail və Rusiyadan əldə etdikləri reaktiv sistemlər yerləşdiriblər. Bu, heç də Qarabağa zərbə endirmək üçün deyil. Əgər məqsəd bu olsaydı, onda həmin sistemləri Naxçıvanda yox, Qarabağla sərhəddə yerləşdirərdilər. Biz çox qorxulu bir situasiyada yaşayırıq. Ermənistan hücumla bağlı kiçicik bir addım atarsa, Azərbaycan dərhal həmin reaktiv sistemlərdən istifadə edib Yerevanı vuracaq. Naxçıvandan Yerevana olan məsafəsə cəmi 42 kilometrdir. Həmin reaktiv sistemlərsə 70-150 kilometr məsafəni vurur. General formasını geyinib kolxoz sədri kimi bəyanatlar vermək olmaz. Bizim əsgər o qədər raketin qabağında dayana bilməyəcək. Əgər bir dəqiqədə ön xəttə 25 min mərmi düşərsə orada kiminsə sağ qalacağını heç təsəvvür belə etmək mümkün deyil. Bəyəm erməni əsgəri mərmini havada ovlayacaq!?". Baxın, bu da ordumuzun gücü sayəsində formalaşan erməni pessimizmi, Samvellərin əyilən belləri!!!
Bu tərəfdəsə artıq xalq tərəfindən MİLLİ QƏHRƏMAN KİMİ QƏBUL EDİLƏN ZAKİR HƏSƏNOVun əsil paşalıq etdiyi ordumuzun uğurlu aprel döyüşlərinin nostaljisi hələ də yaşanmaqdadır. İndi Ermənistan adlanan coğrafi əraziyəsə bir qorxu, bir səksəkə hakim kəsilib. Qorxurlar ki, onlarda bu qorxunu yaradan türk komandosu yenə də günün birində "qırın bu oğraşları!" əmrini verəcək və onda biz öz Qərbi Azərbaycanımıza qovuşacağıq....
İGİD TEYMURLU