Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sabiq nazirdən aprel savaşına reaksiya

 

"Ordumuzun aprel döyüşlərində əldə etdiyi uğurları yüksək qiymətləndirirəm. Ordumuzla bağlı fikirlərim çox müsbətdir. Aprel döyüşlərində ordumuzun, silahlı qüvvələrimizin düşmən üzərində qələbəsi yuxarı komandanlığın ordunu düzgün idarə etməsi ilə əlaqədar olub. Bu da öz müsbət nəticəsini verdi”.

 

Xeberinfo.com:   Bunu Modern.az-a açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi, ehtiyatda olan polkovnik Eldar Sabiroğlu deyib.

Eldar Sabiroğlu keçmiş müdafiə naziri Səfər Əbiyevlə əlaqələrindən də söz açıb.

"Səfər Əbiyevlə münasibətlərimiz çox normaldır. Bu gün də əlaqə saxlayırıq. Üzülüşməmişik. Bəzilərinin belə fikirləri var ki, "bu, Səfər Əbiyevlə bir yerdədi. Hər ikisi nələrdənsə söhbət aparır” və sairə. Belə söz-söhbətləri eşidirəm. Bunlar gülünc məsələlərdir”.

Eldar Sabiroğlu Səfər Əbiyevin aprel döyüşlərində Azərbaycan ordusunun bir neçə yüksəkliyi əldə etməsinə münasibəti barədə də danışıb.

"Aprelin əvvəllərində cəbhədə baş verənlərlə bağlı Səfər Əbiyevlə söhbətimiz oldu. Söhbət zamanı o, aprel döyüşlərini çox yüksək qiymətləndirdi və qələbəyə, hər bir əsgərin uğuruna sevindi.

Hələ də şübhə var ki, ordumuzun uğurlarına Səfər Əbiyev tərəfindən qeyri-münasibət göstərilir?! Bunu heç cür başa düşə bilmirəm. Səfər Əbiyev həyat yolu keçmiş adamdır. Adi əsgərdən diviziya komandirliyinə qədər yüksəlib. O, ordunun nə demək olduğunu və necə idarə edilməsini çox gözəl bilir.

Aprel döyüşlərində torpaq uğrunda şəhid olan zabitlərin, xüsusi təyinatlıların əksəriyyəti Səfər Əbiyevin dövründə yetişmiş hərbi kadrlardır. Onlar birdən-birə meydana çıxmayıblar. Həmçinin, indiki Müdafiə Nazirliyinin rəhbərliyinin fəaliyyəti barədə də qəti şəkildə mənfi rəyim yoxdur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam