Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Keçmiş müdafiə naziri müflisləşdirilir

 

                                         Səfər Əbiyevin biznesi əlindən alınır 

    "Xeberinfo.com": Keçmiş müdafiə naziri Səfər Əbiyev tutduğu vəzifədən azad ediləndən sonra ona qarşı hücumlar səngimək bilmir. Bu hücumların Səfər Əbiyevin hakimiyyətdəki rəqibləri tərəfindən təşkil olunduğu şəksizdir. Hələ bir müddət əvvəl keçmiş müdafiə naziri haqqında dərc edilən kompramat xarakterli materiallara münasibət bildirərkən bəyan etmişdi ki, bütün bunlar bir mərkəzdən idarə edilir.

Səfər Əbiyev ad çəkməsə də, ona hücumların iqtidar düşərgəsindəki rəqiblərindən gəldiyini işarə vurmuşdu.

Məlumatda deyilir ki, artıq Səfər Əbiyevin biznesi əlindən alınır. Keçmiş müdafiə nazirinin nəzarətində biznes strukturları başqa şəxslərə verilir. Qısa müddətdə Səfər Əbiyevin müflisləşdirilməsi prosesi gedir. 

Bu məlumatların təsdiqi kimi “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin yaydığı xəbəri də göstərmək olar. Həmin məlumatda deyilir ki, Səfər Əbiyevə məxsus olan ərazi əlindən alınıb. Məlumatda Yasamal rayonu Həsən Məcidov küçəsində yerləşən böyük ərazinin əslində Azərbaycan Ali Hərbi Məktəbinin (Avtopark) balansında olduğu bildirilib. 

Məlumata görə, həmin ərazidə Silahlı Qüvvələrin zabitləri üçün mənzillərin tikilməsi ilə bağlı ideya olub. Lakin bu ideya Səfər Əbiyev tərəfindən müsbət qarşılanmayıb. Keçmiş nazir həmin ərazidən özünün biznes maraqları üçün istifadə etmək qərarı verib. Amma artıq həmin ərazi üzərinə “Renessans Palace” yazılmış hasarla əhatə olunub. Ərazidə tikinti işlərinin “AS Group Investment” tərəfindən aparıldığı qeyd edilib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam