Redaktor seçimi
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Günün xəbəri

Rusiyada sabiq rəisi öldürən azərbaycanlılar tutulub

 

 

Məhkəmə Rusiya Federasiyası, Samara vilayəti, Sızran rayonunun keçmiş polis rəisi Andrey Qoşt və onun ailəsini öldürməkdə şübhəli bilinən şəxslər barədə iki aylıq müddətinə həbs qətimkan tədbiri seçib.

 

Xeberinfo.com:   "RİA Novosti"yə istinadən xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin məlumat verib.

Sızran rayon prokuroru Yevgeni İrxinin verdiyi məlumata görə, barəsində həbs qətimkan tədbiri seçilmiş hər üç şəxs Azərbaycan vətəndaşıdır.

"Life" portalı isə həbs edilənlərin Babayev İslam Arzu oğlu, Zöhrabov Orhan Şirəli oğlu və Fətəliyev Roman Rauf oğlu olduğunu xəbər verib.

Qeyd edək ki, aprelin 24-də Sızran rayonunun İvaşevka qəsəbəsində yerləşən mənzildə ikisi kişi, dördü qadın olmaqla altı nəfərin meyiti tapılıb. Öldürülənlərdən biri Sızran rayonunun keçmiş polis rəisi Andrey Qoşt, digərləri isə onun ailə üzvləri olub. Ölümünə qədər A.Qoşt DİN-in Samara vilayəti üzrə Baş İdarəsinin rəis müavini vəzifəsində çalışırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam