Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Beynəlxalq Bank işi"nə görə tutulan 6 iş adamı azadlıqda

 

Azərbaycan Beynəlxalq Bankı ilə bağlı başlanılan cinayət işi üzrə saxlanılanlardan 6 nəfər barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv edilib. Bu barədə qərar ötən il dekabrın 2-də qəbul edilsə də, məlumat indi açıqlanıb.

Xeberinfo.com:  Məlumata görə, həmin şəxslərdən Adil Mikayılovun vəkili Azər Tanrıverdi APA-ya bildirib ki, həmin gün 2-də Nərimanov rayon Məhkəməsində prokurorluq orqanının verdiyi vəsatətə baxılıb. Vəkilin sözlərinə görə, prokurorluq A. Mikayılovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini istəyib. Məhkəmə həmin vəsatəti təmin edib. A. Mikayılovun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib, əvəzində ondan başqa yerə getməmə haqqında iltizam alınıb. Məlumata görə, həmin vaxt həbsdə olan daha 5 nəfərin barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv edilib. Onlardan 4-ü “Xəzər Menecment Sistem” şirkətinin əməkdaşı olub.

Qeyd edək ki, A. Mikayılov “Xəzər Menecment Sistem” şirkətinin rəhbəridir. O, Azərbaycan Beynəlxalq Bankından 80 milyon manat məbləğində kredit götürüb qaytarmaqda təqsirləndirilir. A. Mikayılov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsinə əsasən ittiham olunur.

Onu da qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankın İdarə heyətinin sabiq sədri Cahangir Hacıyevin barəsində ötən il dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. C. Hacıyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham olunur.

Ümumilikdə Azərbaycan Beynəlxalq Bankından kredit götürərək mənimsəməkdə təqsirləndirilən 30-dan çox şəxs saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam