Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Meyxanaçı 3 aylıq həbs edildi

Ötən gün saxlanması barədə məlumat yayılan məhşur meyxanaçı Mahir Cürət barəsində həbs qətimkan tədbiri seçilib.

Xeberinfo.com:    Məlumata görə, bu barədə ans press-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə məlumat verib. Onun sözlərinə görə, meyxanaçı Corat qəsəbəsində saxlanılan zaman onun üzərindən narkotik vasitə hesab olunan heroin çıxıb və Mahir Cürət də ilkin dindirilmə zamanı günahını etiraf edib:


“O, ilkin ifadəsində narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirib. Ötən gün onun barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi açılıb və barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib”.

Xatırladaq ki, Mahir Cürət mayın 3-də Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun Kürdəxanı qəsəbəsindəki Penitensiar Xidmətin 1 saylı istintaq təcridxanasnda saxlandığı bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam