Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

LAYİQLİ DAVAMÇI

                  

 

Xeberinfo.com:   Belə bir atalar sözü var: “Ot kökü üstə bitər.” Bütün el məsəllərimiz  kimi bu deyimin də çox dərin kökləri var və bunun nə qədər real həqiqətə söykəndiyinin dəfələrlə şahidi olmuşuq hər birimiz. Elə indi haqqında sözbət açacağın nəslin də öz yaşam adət - ənənəsi, özünəməxsus həyat yolu var. Qubadlı rayonunun Qayalı kəndində Zəilxan nəslinin nümayəndələri həmişə el qeyrəti çəkən, öz sözünü deyə bilən, cəsur kişilər kimi tanınıblar Zəngəzur mahalında. Çar rejimi dövründə minbaşılar, yüzbaşılar çıxıb bu nəsildən - hamısı da elin - obanın dərd - sərinə yarayan, əl tutan adamlar olublar. Sovet dönəmində bu nəslin nümayəndəsi olan Qaçay Qasımov milis sistemində çalışıb, haqq - ədaləti qorumağa çalışıb ömrü boyu. Gənc yaşından özündən kiçik qardaş və bacısına ata olmağa çalışıb, nəsli dağılmağa, uşaqları uşaq evlərinə düşməyə imkan verməyib, başına yığaraq hər qəhrlərinə dözərək böyüdüb onları. Elədiyi xeyirxah əməllərin nəticəsidir ki, özü bu dünyadan erkən köçsə də qoyduğu yaxşı ad, el içində qazandığı hörmət - izzət dayaq olub onsuz böyüyən balalarına. Balaları da həmişə uca tutmağa çalışıblar, doğrultmağa çalışıblar Qaçay əminin adını. Bu dəfə də yük onun böyük oğlu Gərayın üzərinə düşüb və o da özündən kiçik beş qardaşına ata olmağa çalışıb, onları kişiyana, ürəkli böyüdə bilib, hərəsinin əlinə bir parça çörək verə bilib.

Doğma torpaqlarımıza yağı düşmən təcavüz eləyəndə bütün şərəfli azərbaycanlı balaları kimi Qaçay əminin oğulları da silaha sarılaraq Vətənin müdafiəsinə qalxıblar. Həmid, Əhliyyət, Həsənqulu, Faiq - dörd qardaş əllərinə silah alaraq el - obanı düşmən basqınlarından qoruyub, gecə - gündüz postlarda dayanıblar. Həsənqulu Qubadlı rayon II taborun cəsur rota komandiri kimi, həm də nəğməkar bir döyüşçü kimi bütün respublikada ad - san qazanıb, bu millətin qəhrəman bir oğlu kimi adını I Qarabağ savaşının şanlı səhifələrinə öz al qanı ilə yazıb Azərbaycan Bayrağı Ordenli Həsən Qorxmaz! Cəmi 23 il ömür yaşayan bu azəri gənci də babalarından qalan yolu davam etdirərək, bütün nəsil üçün bir qürur mənbəyinə, and yerinə çevrildi öz rəşadəti, hünəri ilə. “Nə qədər ki, mən sağam erməni bir addım da girə bilməz Qubadlıya!”- deyən Həsən Qorxmaz həmişəki kimi, bu vədinə də sadiq çıxdı. “Allah, mənə o günü göstərmə ki, desinlər: Qubadlı da istila olundu!” - onun bu arzusunu da Uca Yaradan yerə salmadı.

Evin sonbeşiyi olan Faiq özrünün sonunacan qardaşının şərəfli yolunu davam etdirəcəyinə and içərək, ömrünü hərb sənətinə, torpaqlarımızın müdafiə olunmasına həsr edib. Həqiqi hərbi xidmətini Laçın və Qubadlının müdafiəsində topçü kimi başlayan Faiq 1993 -1995-ci illərdə Bakı Ali Birləşmiş Komandirlər Məkətəbini bitirdikdən sonra 1995 - 2010-cu illərdə Naxçıvanda Batalyon komandirinin müavini kimi, 2010 - 2015-ci illərdə Mingəçevirdə, 708 saylı hərbi hissədə Batalyonun qərargah rəisi kimi xidmət göstərmişdir. Bu gün ömrünün 42-ci baharını yaşayan mayor Faiq Qasımov Füzuli rayon 706 saylı hərbi hissədə Əməliyyat Bölmə Rəisinin Döyüş Hazırlığı üzrə mavinidir.

Xidmət etdiyi dövrdə dəfələrlə müxtəlif təltiflər qazanıb, mükafatlandırılıbdı: 3 dəfə “Qüsursuz xidmətə görə” medalı, “İgidliyə görə” medalı alıbdı.

Tariximizə “4 günlük döyüş əməliyyatları” kimi düşən məlum hadisələrdə mayor Qasımov göstərdiyi şücaətə görə “İgidliyə görə” ordeni ilə təltif olunub, rütbəsinin yüksəldilməsinə təqdimat verilib. Bu xəbəri eşidəndə onu təbrik etmək istədim. O isə zəng vurduğuma görə mənə belə təşəkkür etdi: “Bacı, narahat olma, inşallah, o gavurları öz yuvalarındaca məhv edəcəyik! Həsənin qanını artıqlaması ilə alacağıq!” Düzü, yaman kövrəldim. Axı, bu sözlər Həsənin - millətimizin qəhrəman oğlu Həsən Qorxmazın arzusunun ifadəsi idi: “Bu gavurları öz yuvalarındaca məhv etməyənə qədər bizə rahatlıq haramdır!”

Sənə, eləcə də cəmi döyüşçülərimizə başladığınız bu uğurlu və şərəfli yolda uğurlar, qələbələr arzulayıram, qardaşım! Üçrəngli bayrağımız öz əzəli və əbədi torpaqlarımızda dalğalanan zaman narahat Şəhid ruhları da rahatlıq tapar, inşallah!

Bu kiçik şeir parçasını da Həsənin və mənim adımdan bir ərməğan kimi qəbul et:

                               FƏXR  EDİRİK

                    Elin dar günündə, çətin günündə

         Yaxanı kənara çəkmədin, qardaş!

         Qardaşlarından geriyə qalmadın,

         Onlartək silaha sarıldın, qardaş!

 

         Gəray qağa kimi möhlətə dözdün,

         Əhliyyət, Həmidtək sınağa dözdün,

         Həsən Qorxmaz kimi hər dağa dözdün,

         Var olsun qeyrətin, hünərin, qardaş!

 

         Gavurlara nər kimi sinə gərdin,

         Səhhətini el yolunda itirdin,

         Qardaş itkisindən sızladı qəlbin,

         Amma amalından dönmədin, qardaş!

 

         Qayalının sən də igid oğlusan,

         Qəhrəmanın qəhrəman qardaşısan!

         İgidlik göstərib ad qazanmısan,

         Bütün el səninlə fəxr edir, qardaş!

 

               

Şərqiyyə ZİYADQIZI   AJB - nin üzvü, “Qızıl Qələm” mükafatçısı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam