Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“MƏNİ CÜMHURİYYƏT TƏDBİRLƏRİNƏ DƏVƏT ETMƏDİLƏR”– Eks-prezident

 “Prezident İlham Əliyevin 2018-ci ili “Cümhuriyyət ili” elan etməsi tarixi hadisədir. Bir zamanlar Cümhuriyyətimizlə bağlı tədbirlərin keçirilməsinə hazır deyildik. Elə bir imkan da yox idi. Amma indiki halda dövlət səviyyəsində bu cür tədbirlərin keçirilməsi təqdirəlayiq haldır”

Yenixeber.org: Bunu eks-prezident Ayaz Mütəllibov 2018-ci ilin “Cümhuriyyət ili” elan edilməsindən danışarkən deyib.
O, Cümhuriyyətlə bağlı tədbirlərə dəvət olunmamasına da münasibət bildirib.
“Rəsmi olaraq Cümhuriyyətimizlə bağlı tədbirlərə dəvət olunmamışam. Mənim dəvət olunmamağım o qədər də vacib məsələ deyil. Əsas odur ki, qoy, dövlətimizdə bu cür tədbirlər çox keçirilsin. Söhbət məndən getmir. Bütövlükdə bu cür tədbirlərin baş tutmasını görəndə sevinirəm ki, Cümhuriyyətimiz tam mənada özünü doğrultdu. Dövlətimizin və xalqımızın diqqəti göz önündədir”.
Eks-prezident Sovet dövründə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına olan laqeydlikdən də danışıb.
“Sovet dövründə Cümhuriyyət qurucularımız haqqında hər hansı söhbət getmirdi. Sovet hökumətinin xüsusiyyətləri hamımıza bəllidir. Sovet rejimi tam fərqli idi. Ayrı-ayrı respublikaların dövlət xadimləri arxa plana keçirilmişdi. Millətlərin tarixi keçmişini unutdurmağa çalışırdılar. Geniş mənada Cümhuriyyəti quran Məhəmməd Əmin Rəsulzadə və digərləri haqqında hər hansı fikir söyləmək yasaq idi. Düzdü, bununla bağlı cəza tətbiq edilmirdi. Sadəcə, dövlət səviyyəsində onları yaddaşlardan silməyə çalışıblar. Amma xalq onları hər zaman qəlbində yaşatdı”.
Ayaz Mütəllibov müstəqil Azərbaycana rəhbərliyi dövründə Cümhuriyyətlə bağlı ideyasından da söz açıb.
“Sovet dövründə Cümhuriyyətimizlə bağlı hər hansı ideya ortaya atmamışam. Bütün səylərim Müstəqillik Aktının qəbul edilməsi istiqamətində olub. Bu, dövrümə düşən tarixi hadisədir. Yadımdadır ki, ikinci dəfə mütəqilliyimizi bərpa edəndə Cümhuriyyətimizin bizə bəxş etdiyi bayrağımıza, himnimizə yenidən sahib olduq. Əsasən Azərbaycanın müstəqillik qazanması ətrafında söhbətlər edirdik. Düzü, prezident olduğum dönəmlərdə Cümhuriyyətimizlə bağlı nəsə düşünməmişdik. Məqsədimiz o idi ki, ikinci müstəqilliyimizi əngəlsiz olaraq yaşadaq”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam