Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

DƏRDİMİZİN “ DƏRD” HARAYI

YAZIQ DEMƏRƏM


Xeberinfo.com:  Təhsilin acınacaqlı durumu ilə bağlı “Azad Qələm” qəzetinin dekabr sayında yayımlanan Lətafət Aslanovanın “Müəllim Harayı” məqaləsini oxudum. Yazılanlara haqq qazandıraraq Lətafət Aslanovaya öz təşəkkürümü bildirirəm. Nə yaxşı ki, ilin-günün bu vaxtında reallığı görən və öz peşəsini sevən səriştəli müəllimlər var. Əminəm ki, sizin məqaləniz çox valideynlərin qəlbini fəth etmiş oldu. 
Hörmətli oxucular, Lətafət müəllimə peşəkar və öz işini sevən pedaqoq kimi sözü gedən məqalədə təhsil sisteminin ağırlığını ictimaiyyətə çatdırıb. Zənnimcə, Lətafət Aslanovanın məqaləsi həm də çox müəllimlərə mesaj idi. Çünki mən jurnalist olaraq bir çox məqamlarda müəllmlərlə təhsilimizin durumu ilə bağlı dialoqa girmək istəmişəm, amma nədənsə onların susduğunun şahidi olmuşam. Maraqlı məqam budur ki, müəllimlər özlərinə olan haqqsızlığı da birmənalı şəkildə qəbul edirlər.Hətta məvacibləri yaşamlarını təmin etmədiyindən uşaqlarla fərdi hazırlıq faəliyyətlərinə vergi ödəyəcəkləri təqdirdə haqq səslərini nədənsə çıxara bilmirlər. Axı müəllimin səsi xalqın səsidir. Bu gün müəllimləri susmağa vadar edən hansı önəmli səbəbdir heç ictimayyətə də bəlli deyil. Niyə unuduruq ki, bu gün Azərbaycan təhsili öz ağır günlərini yaşayır. Həyəcan təbili çalmağın vaxtı deyilmi??? Çox təəssüf edirəm ki, bu həyəcana səs qatan ziyalılarımız çox az nəzərə çarpır. Gəlin nəzərdən qaçırmayaq ki,təhsilimizin belə duruma düşməsində birbaşa məsuliyyət daşıyan Azərbaycan Təhsil Nazirliyidir. Biz də “Azad Qələm” redaksiyası olaraq ən böyük istəyimiz də valideyn və müəllimlərin haqq səsini sözü gedən quruma çatdırmaqdır. Yuxarıda qeyd olunan fikirlərə bəlkə də birmənalı yanaşmalar ola bilər. Lakin, mən birbaşa təhsilin ağırlığını nəzərə alaraq onun verdiyi fəsadları önə çəkmək istəyirəm. Belə acınacaqlı durum birbaşa ailələrdə təhsillə bağlı valideyn və uşaq arasında yaranan ixtilafdan başlayır. Əlbəttə siz valideynlər uşaqlarınızı oxutmaq arzusu ilə məktəbə yola salırsınız və özünüz də həftənin bütün günlərində çiyninizdə ağır çahtalarla yollarda qalırsınız. Ürək ağrıdan hal budur ki, dərslərin çətinliyindən uşaqlar evə zehinləri yorularaq qayıdır. Siz valideynlər isə uşaqlarınız evə dönən kimi təbii ki, onların qiymətləri ilə maraqlanırsınız. Bəzən elə olur ki, övladınız qiymət ala bilmir, bəzən də dərsi yetərincə mənimsəyə bilmədiyindən qiyməti kafi olur. Belə bir durumla qarşılaşan uşaqlarda qorxu hissi olduğundan nəinki evə dönmək hətta ata-anasının gözlərinə görünmək istəmir. Bəs siz valideynlər uşaqlarınıza etdiyiniz haqsızlığın fərqindəmisiniz? Bir çox hallarda valideynlər nəinki yuxarı sinifdə təhsil alan uşaqların hətta ibtidai sinifdə oxuyan övladlarına təpki göstərərək dərs oxumaları üçün yeri gəlsə müəyyən zorakılıqlara əl atırlar. Elə anlar olur ki, uşaq dil açaraq əsəbini gizlətmədən bağıraqraq ata-anasının üzünə durur. Həmin uşaqlar zamanla nəinki öz valideyninin hətta ona dərsi tədris edən müəllimin də üzünə qayıdaraq köbudluq edir. Belə hallar əsasən yuxarı siniflərdə nəzərə çarpır. Çox təəssüflə qeyd edirəm ki, elə valideyn var qızının ya oğlunun qiymət cədvəli aşağı olarsa döyüb vurmasa da, günlərlə övladını danışdırmır. Axı valideyn nədən başa düşmür ki, övladına necə mənəvi zərbə vurur. Bu münvalla yetişən uşaqları gələcəkdə nə gözləyir? Hətta aranızda elə valideynə rast gəlmək mümkündür ki, uşaq qapıdan girər-girməz gündəlik qiyməti sizi qane etmirsə, uşağın salamını almadan, yeməyini vermədən öncə başına cütəlli qapaz vurursuz. Sual edirəm niyə? Axı niyə övladınızı gözüqıpıq edirsiniz? Məncə qarşılaşdığımız durumla bağlı psixoloqlar da öz fikirlərini bizimlə bölüşsəydi daha yaxşı olardı. Mənim müşahidəmə əsasən bir fikrim yerinə düşər ki, bu günki təhsil sistemi uşaqları mənəvi cəhətdən də kasıb edir. Belə təpkilərlə qarşılaşan uşaqlar kitaba, dəftərə, məktəbə, insanlara aqresiya ilə yanaşır. Dövrümüzdə yetişən uşaqlar sanki humanistlikdən də məhrum olublar. Ailədə bacı və qardaşlarına, ictimayyət arasında isə öz yaşıdlarına qarşı çox kobud raftar edirlər. Bəs siz valideynlər niyə başa düşmürsüz ki, yetkinlik yaşına yenicə qədəm qoyan uşaqlarınızı danlaya-danlaya, təhqir edə-edə özünüzdən də uzaqlaşdırırsız. Belə olan təqdirdə bəs düşünmürsüz ki, mənən sizdən uzaqlaşan, öz qəlbi ilə tək-tənha qalan uşaqlar hansı səhvləri edə bilər? Ələlxüsus da qız uşaqları. Müəyyən zorakılıq altında həyata gözünü açan uşaq və ya yeniyetmə olsun həyatda nə istədiyini başa düşməyəcəkdir. Məncə sizlər unudursuz ki, bizim dövət Avropaya inteqrasiya edərək inkişaf mərhələsindədir. Niyə Avropanın bizə verdiyi yaxşı cəhətləri öz yaşam tərzinizə örnək etmirsiniz? Məlumatınız varmı xaricdə valideynin ixtiyarı yoxdur doğma övladına güldən ağır söz desin. Uşaqların haqlarını müdafiə edən qurumlar fəaliyyət göstərməklə hətta valideyn tərəfindən basqılara məruz qalan uşaqlara sahib çıxırlar. Guman edirəm ki, Azərbaycanda da belə qurumlar yetərincədir. Amma deyə bilmərəm tədbiq etdikləri iş prinsipi bizim məmləkətdə özünü doğrulda bilibmi? Əgər belə bir qurumların fəaliyyətindən bizim cəmiyyətin xəbəri olsaydı uşaqlarımız müəyyən zaman kəsiyində valideyn zorakılığına məruz qalmazdırlar. Hormətli valideynlər, sizləri qəflət yuxsundan ayılmağa səsləyirəm. Sosial baxımdan vəziyyətimiz ağır olduğu bir vaxtda niyə uşaqlarınıza mənəvi əzab verirsiniz? Axı siz onları boya-başa çatdırmaq üçün, yaşam tərzini təmin etmək üçün nə qədər əzab-əziyyət çəkirsiniz. Siz valideynlər hansı ixtiyarla uşaqlarınızın sağlamlığına zərər vurursuz? Mən demirəm uşaqlar təhsildən kənarlaşdırılsın. Əlbəttə yox. Təhsilin sadələşməsi üçün əməli işlər görmək lazımdır. Siz valideynlər də müəllim və ziyalılarla əl-ələ verib təhsildə yenidən islahatların aparılması üçün öz səsinizi qaldırın. Amma birmənalı olaraq vurğulayıram ki, əziz valideynlər uşaqlarla özünüzün ŞƏXSİ MÜLKİYYƏTİ kimi davranaraq zorla alim ya mühəndis yetişdirə bilməzsiniz. Gəlin bir məsələni də unutmayaq ki, müasir yetişən uşaqlar texnika əsrində yaşayır. Müasir dövrün uşaqları daha çox məlumatlıdırlar. Hətta deyərdim ki, öz haqqlarını da tələb etməyi yetərincə bacarırlar. Hər halda mən lazımı nüanslara toxundum. Mən yaşlı nəslin nümayəndəsi olaraq, uşaq olduğum zaman valideynlərimin mənə təpki göstərməsi heç yadıma gəlmir. Mən anamı həmişə özümə dost bilmişəm. Elə bu qəbildən müasir anaların öz övladlarına olan münasibəti məndə ikrah hissi yaradır. Niyə ata-analar unudurlar ki, döyməklə uşağı tərbiyə etmək mümkün deyil. Uşaq yumruq-sllədən zaman-zaman qorxmaya bilər. Uzaq görən valideyn həmişə öz övladını sözlə tənbeh etməlidir. Uşaq döyülməkdən çox sözün dərinliyindən, ağırlığından təsirindən qorxmalıdır. 
Bütün bunları yazmaqda məqsədim Lətafət müəllimənin fikirlərinə dəstək nümüyiş etdirərək indiki təhsilin bərbadlığı gələcəyimiz olan uşaqları kəmsavad etməklə yanaşı psixologiyasına necə təsir etdiyini nəzərə çatdırmaqdır.

TƏRANƏ ŞƏMS


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam