“ALLAH RÖVŞƏN LƏNKARANSKİNİ HİFS ELƏSİN…”
“Onların söykənmiş olduqları ən əsas prinsip ədalətə qulluq, haqq işidir. Bu baxımından Rövşən kimi insanlar çox hörmətə layiqdirlər”
“Bəzi adamlar elə düşünürlər ki, Rövşən Lənkəranski qəddardır, başkəsəndirlər. Amma o elə insan deyil. Rövşən haqsızlığa yol verməyən bir insandır. Onun haqqında söylədiyim fikirlərin hamısını çox ciddi demişəm. Mən özüm millət vəkiliyəm. Fikirlərimdə hər hansı bir epitet, şişirtmə yoxdur. İstəyirəm ki, hər həs Rövşən Lənkəranskinin kifayət qədər hörmətə, rəğbətə layiq olduğunu bir daha görsün. Hər bir Azərbaycan övladı Rövşənə hörmət etməlidir. Çünki Rövşən Azərbaycanı çox istəyir”.
"Xeberinfo.com": Məlumata görə, bunu azvision.az-a açıqlamasında “oğru aləmi”də “Rövşən Lənkəranski” kimi tanınan avtoritet Rövşən Canıyevin qohumu və Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
Millət vəkili Rövşən Lənkəranski ilə dəfələrlə görüşdüyünü deyib: “Rövşənlə dəfələrlə görüşlərimiz olub. Onunla həm Moskvada, həm də Bakıda görüşmüşəm. Rövşən kifayət qədər intellektə, mədəniyyətə və güclü iradəyə malik bir insandır. Rövşən Azərbaycanı çox sevir. Rövşən Azərbaycanın istiqlalına və dövlətçiliyinə bağlı bir insandır. Təbii Rövşənin öz aləmi, öz dünyası var. O dünyanın şərtləri daxilində Rövşən öz taleyini yaşayır. Lakin bununla yanaşı Rövşən Azərbaycana çox bağlı bir insandır. Mən bunun altından xətt çəkərək deyirəm ki, Rövşən vətənə bağlı bir insandır. O, çox səmimidir, dostlar və yaxınlara varlığı ilə bağlı bir insandır. Rövşənin xarakterində çox qeyri-adi xüsusisyyətlər var. Rövşəni yaxından tanıyan və onunla ünsiyyətdə olan hər kəs bir mənalı olaraq ona rəğbət bəsləyir”.
Millər vəkili Rövşəni 17 yaşından tanıdığını deyib. Qeyd edib ki, hər zaman R.Canıyevi müdafiə edib. Deputat avtoritetlə qohumluq əlaqəsindən söz açıb: “Mənim qardaşım qızı Rövşənin qardaşının həyat yoldaşıdır. Yəni Rövşən mənim qardaşım qızının qaynıdır. Rəhmətlik qardaşım da, mən də Rövşən atasının intiqamını məhkəmədə alan zaman onun yanında olduq. Onu müdafiə etdik. Ona gücümüz çatan qədər kömək etdik. O etmiş olduğu bu hərəkətlərə görə zərrə qədər həyəcan keçirmirdi. Və biz ona görə də Rövşənin yanında olduq”.
Deputat Lənkəranskinin atasının qatilini məhkəmədə öldürməsindən danışıb. O, Rövşənin bu hərkətinin hər kəs tərəfindən qəbul edilməli olduğunu söyləyib. Onun sözlərinə görə, bu məsələyə hüquqi çərçivədən yanaşmaq düzgün deyil: “Azərbaycan xalqını sağ olsun ki, Rövşənin bu hərəkətinə dəstək verdilər. Məhkəmədə atasının intiqamını alan 17 yaşlı bir gənc hər kəs tərəfindən rəğbətlə qarşılandı. Hamı deyirdi ki oğlu Rövşən kimi olmalıdır. Çünki o, atasının intiqamını almışdı. Hamı onun düzgün bir hərəkət etdiyini söyləyirdi. Ola bilsin ki, bu hərəkət hüquqi dövlətdə başqa bir fikir ifadə edə bilər. Atasının ölümünə görə sarsıntılar keçirən bir uşağın belə bir fürsəti əldən verməmək şansını sadəcə düşünmək lazım idi. Sadəcə olaraq onu dəyərləndirmək lazım idi. Məhz biz bunu da etdik. Sağ olsunlar ki hər həs Rövşənin bu hərəkətlərini başa düşdülər. Təbii ki elə bir hərəkətlər var ki, onlar qanun və hüququn çərçivlərindən çıxdıqda belə ona bu və ya digər dərəcədə haqq qazandırmaq lazım gəlir. Rövşən hədsiz dərəcədə ədalətli adamdır. Rövşən hər zaman haqqın yanındadır. O, heç vaxt haqqı nahaqqa qurban vermir”.
Daha sonra F.Ağmalı Lənkəranskinin Bakıya gələndə onunla görüşdüyünü bildirib:“Rövşənlə bizim xatirələmiz elə bir silsiləyə daxildir. Düşünürəm ki, onları mətbuatla bölüşmək düzgün çıxmaz. Rövşənin xatirini çox istəyirəm. O, çox səmimi və mehriban bir insandır. İnşallah o, heç vaxt Azərbaycandan getməyəcək. Rövşən Azərbaycana bir-iki günlük gəlib-gedir. Azərbaycana gələndə onunla görüşürəm. Rövşən Lənkəranski bütün Azərbaycan üçün çox dəyərli bir insandır”.
Milli Məclsin depuatatı həmçinin qeyd edib ki, Rövşən Lənkəranski oğul atasıdır. Deputatın sözlərinə görə, Rövşən oğlunun onun yolu ilə getməsini istəmir: “Rövşən bu gün özü də atadır. O, öz oğlunu da, ailəsini də çox istəyir. Rövşən ailəsinə çox bağlı bir adamdır. Onun atasının intiqamını məhkəmə zalında alması hər şeyə bir sübutdur. Demək ki, Rövşən rəhmətlik atasına və anasına bağlı olduğu kimi bu gün ailəsinə də, bacı-qardaşına da eyni zamanda qohumları və ətrafındakılara, dostlarına da son dərəcədə səmimi münasibət bəsləyir və onlara başucalığı gətirən bir Azərbaycan övladıdır. Rövşən Lənkəranski heç vaxt haqsız, ədalətsiz bir addım atmayıb. Bu Rövşənin ən üstün cəhətidir. Rövşən özü oğul atasıdır. Heç vaxt arzulamıram ki, Rövşənin oğlu onun yolu ilə getsin.
Arzu edirəm ki, Rövşənin oğlu atasının arzuları ilə böyüsün. Rövşən özü də istəməz ki, oğlu onun yolu ilə getsin. Rövşən oğlu haqqında daha fərqli fikirlərdədir. Onun oğlu ilə bağlı daha uca fikirləri var. O, övladının təhsil almasını istəyir. Allahdan arzu edirəm ki, Rövşən oğlunu arzuladığı kimi böyütsün. Allah Rövşənin oğlunun həyatını qəzavi qədərdən, pis məqamlarda uzaq eləsin”.
Daha sonra millət vəkili Canıyevin qoşulduğu “oğru” aləmindən danışıb. O, qeyd edib ki, Rövşən həmin aləmin üzvü olmasını heç vaxt istəməyib: “Rövşəngilin öz aləmi var. Mən istəməzdim ki. Rövşən heç o aləmə düşsün. Ancaq həyat Rövşəni o aləmə düşməyə məcbur elədi. Atasının intiqammını almaq istəyi Rövşəni o aləmə apardı.O aləmin çox özünəməxsus xüsusiyyətləri, qayda-qanunları var. Onların bir yaşam tərzləri var. O da ki, Rövşəngil heç vaxt haqqı nahaqqa qurban vermirlər. Onların söykənmiş olduqları ən əsas prinsip ədalətə qulluq, haqq işidir. Bu baxımından Rövşən kimi insanlar çox hörmətə layiqdirlər. Lakin onların da həyatı kifayət qədər çətin və mürəkkəbdir. Onlar üçün hər dəqiqə təhlükə var. Onları hər dəqiqə ən müxtəlif təhdidlər, təhlükələr gözələyir”.
Sonda millət vəkili F. Ağamalı “Rövşən Lənkəranski” ilə bağlı arzularını açıqlayıb: “Rövşən həmişə vətənlə bərabərdir. Ümidvaram ki, Rövşən hər zaman da Azərbaycanın yanında olacaq. Rövşən müxtəlif ölkələrdə yaşayan azərbaycanlılara həmişə dəstək olur. Onların haqq işini müdafiə edir və dəstək olur. Rövşənə Allahdan can-sağlığı arzulayıram. Rövşən o qədər təvəzökar bir insandır ki, o heç vaxt adının mətbuatda bu və ya digər şəkildə hallandırılmasını istəmir. Bu mənim duyğularımdır, mövqeydimdir. Bir insan haqqın da bir fikir söyləyirsənsə əlbəttə ki, onu əsaslandırmalısan. Mən Rövşənin insani keyfiyyətlərini hər kəs görsün deyə bütün bunları dedim. Allah Rövşən Lənkəranskini hifs eləsin”.