Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

Rusiya Radikal Qruplarından Vüqar Bayramova sui-qəsd - FOTO

Rusiya Radikal Qrupları Çağırış Etdi: “Vüqar Bayramovu zəhərləyin” - FOTO

 

 

Xeberinfo.com:   İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) mətbuat xidmətinin verdiyi məlumata görə, dünyanın aparıcı beyin mərkəzlərinin biri kimi son illər Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzi seçiləndən sonra CESD-in  fəaliyyətinə bir sıra radikal qrupların “diqqəti” daha da artıb. 
Belə ki, Rusiyanın radikal “Pleskov Slavik Qrupu” CESD-i yəhudilərin yaratdığı mərkəz adlandıraraq, onun sədrini zəhərləməyə çağırmaqdan belə çəkinməyib. Son hesabatında Pleskov Qrupu yazır: “CESD-nin sədri Vaşinqton Universitetinin məzunu Amerika şinelindən çıxmış Vüqar Bayramov səciyyəvi Xəzər yəhudisidir. Əgər onunla yemək yesəniz sadəcə onu zəhərləyin”. Daha sonra CESD haqqında məlumat verilir. 
Mətbuat xidmətinin məlumatında yazılıb: “CESD bəyan edir ki, regionun ən güclü beyin mərkəzi olmağımız heç bir başqa millətlər ilə bağlılığımız deyil, bizim tədqiqatlarımızın keyfiyyətinin nəticəsidir. Biz Azərbaycan təşkilatı olmağımızla qürur duyuruq və hər zaman ölkəmizin və regionun iqtisadi siyasətinə pozitiv təsir etməyə çalışırıq. Bizim fəaliyyətimizi anti-rus və ya hansısa digər xalqa qarşı olması anlamına gəlməməlidir. Xoşdur ki, bizim Rusiyanın bir neçə beyin mərkəzi ilə sıx əməkdaşlıq münasibətlərimiz var. CESD Qərb ölkələri ilə yanaşı Yaponiya, Rusiya, Çin, Cənubi Koreya kimi ölkələr ilə ciddi əməkdaşlığa malikdir. CESD sədrini zəhərləmək isə düşünürük ki, yalnız radikalların ağlına gələ bilər”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam