Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Bu qurumların da ləğvi çox vacibdir!” -İqtisadçıdan təklif

 

“Nəqliyyat Nazirliyinin ləğvi gözlənilən idi”. 

 

Xeberinfo.com:    Bu haqda iqtisadçı Vüqar Bayramov öz şərhində bildirib.

 

İqtisadçı bu gözləntinin səbəbini son illər ləğv edilmiş nazirliyin səlahiyyətlərinin mərhələli şəkildə müxtəlif dövlət qurumları arasında bölüşdürülməsi ilə izah edib:

 

“Nəqliyyat Nazirliyinin ləğv edilərək, məhz Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsi beynəlxalq praktikaya uyğun atılan addımdır. Finlandiya, Avstriya, Norveç, Almaniya (Nəqliyyat və Digital İnfrastruktur formasında), Bolqarıstan, Masidoniya, Kipr, Türkiyə, Andorra, Çili, Peru, İsveçrə (federal department formasında), Latviya, Bosniya və Herseqovina, Qətər, Oman, Myanmar və bir sıra ölkələrdə nazirliklər bu və ya oxşar adlar ilə fəaliyyət göstərirlər”.

 

İqtisadçı deyib ki, bu adddımdan sonra Azərbaycanda struktur islahatlarının davam etdirilməsi çox vacibdir:

 

“Stuktur islahatları çevik idarəetmə, xərclərə qənaət və xeyli dərəcə də şəffaf menecment deməkdir. İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) 2011-ci ildə hazırladığı struktur islahatları paketində nəzərdə tutulan bir sıra təkliflər ötən müddətdə reallaşsa da bir sira təkliflərimizin növbəti dövrdə reallaşmasını məqsədəuyğun hesab edirik. CESD «Azərsu», Meliorasiya və Su Təsərrüfatı səhmdar cəmiyyətlərinin ləğv edilməsi, onların bazasında Dövlət Su Agentliyinin yaradılmasını, Dövlət Gömrük Komitəsinin ləğv edilməsi və ayrıca idarə kimi Vergilər Nazirliyinin tərkibində fəaliyyət göstərməsini, İqtisadiyyat və Sənaye Nazirliyinin tərkibindəki Antiinhisar Departamentinin nazirlikdən ayrılması, onun bazasında Rəqabətin Müdafiəsi Agentliyinin yaradılmasını, Energetika Nazirliyinin ləğv edilməsi və funksiyalarının bir qisminin Neft Şirkətinə, digər qismininsə İqtisadiyyat və Sənaye Nazirliyinə verilməsini (bu nazirliyin bazasında Yanacaq Energetika Departamentinin yaradılması) və digər islahatların aparılmasını təklif edir”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam