Redaktor seçimi
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Günün xəbəri

"Azərbaycanda nazirlərin bir qisminin idarə etdiyi biznes var"

 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov “Həftə içi”nə bildirib ki, Azərbaycan Avropada vəzifəli şəxslərin gəlir bəyannaməsi təqdim etməyən yeganə ölkədir.

"Xeberinfo.com":  Məlumata görə, 2012-ci ilin yayında ölkə prezidentinin vəzifəli şəxslərin gəlir elektron vergisi bəyannaməsi ilə bağlı xüsusi fərmanı və göstərişi olub:

“Bu göstərişdən sonra güman olunurdu ki, artıq ölkəmizdə gəlir bəyannaməsi tətbiq olunacaq. Amma təəssüf ki, məsələ yubanır. İqtisadi baxımdan bəyannamənin gecikdirilməsini izah etmək çətindir. Sadəcə, deyə bilərəm ki, bu bəyannaməyə ehtiyac var, çünki şəffaflığın bir elementidir. Vəzifəli şəxslərin gəlir bəyannaməsini təqdim etməsi digər vətəndaşlar üçün də bir nümunə ola bilər və bütövlükdə bütün ölkədə bu sistemin tətbiq edilməsinə gətirib çıxara bilər”.

Ekspert hesab edir ki, Azərbaycan qısa zamanda bəyannamənin tətbiqinə çalışmalıdır. Vüqar Bayramovun sözlərinə görə, vəzifəli şəxslərin gəlir bəyannaməsi haqqında qanun var, amma təəssüf ki, icra edilmir. O, hesab edir ki, əgər qanun varsa, mütləq riayət olunmalıdır: “Çünki bu istiqamətdə də nəzarətin gücləndirilməsinə ehtiyac var. Olduqca vacibdir ki, məmurlar öz gəlirlərini bəyan etsinlər. Düzdür, Azərbaycanda hansısa nazirin birbaşa özünün bizneslə məşğul olması inandırıcı deyil, amma onların bir qisminin idarə etdiyi biznes var. Əslində dünyanın heç bir yerində nazirlər, məmurlar gəlir bəyannaməsini açıqlamaqda maraqlı deyillər. Onlar bunu ictimaiyyətə açıqlamaq istəməsələr belə, qanun tələb etdiyindən qaydalara əməl edirlər. Hesab edirəm ki, gəlirin məbləğindən asılı olmayaraq bəyan edilməlidir. Yəni, biznesi olan və olmayan nazirlər də mütləq gəlirlərini bəyan etməlidirlər”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam