Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Azərsu” ASC-də media rəhbərləri ilə görüş - FOTOLAR

 

 

Bu gün "Azərsu” Açıq Səhmdar Cəmiyyətində  Kütləvi  İnformasiya  Vasitələrinin  İnkişafına  Dövlət Dəstəyi  Fondu  (KİVDF) ilə birgə media rəhbərləri ilə görüş keçirilib.  "Azərsu” ASC-də baş tutan görüşdə qurumun sədri Qorxmaz Hüseynov, "Azərsu" ASC-nin rəhbər işçiləri,"KİVDF-nin icraçı direktoru Vüqar  Səfərli  və ölkənin aparıcı mətbuat orqanlarının rəhbərləri iştirak ediblər. 
Xeberinfo.com:  Məlumata görə, tədbirdə öncə 31 mart Azərbaycanlıların Soyqırım günü ilə bağlı soyqrım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Qorxmaz  Hüseynov  bu  görüşün baş tutmasının böyük əhəmiyyət daşıdığını, "Azərsu” ASC–nin gördüyü işlərin, içməli su təhcizatı ilə bağlı yaranmış problemlərin daim mediada işıqlandırıldığını söyləyib. Daha sonra söz KİVDF-nin  icraçı direktoru Vüqar Səfərliyə verilib. V. Səfərli öncə  Fondun yaradılmasının məqsədi, çap mediaya dövlət dəstəyinin söz açıb. Fondun fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verən V. Səfərli, daha sonra bu görüşün keçirilməsinin məqsədi barədə tədbir iştirakçılarına məlumat verib. Fond rəhbəri mərkəzi və yerli icra orqanları ilə KİVDf-nin birgə fərdi jurnalist yazıları müsabiqəsi təşkil edildiyini, "Azərsu” ASC ilə də bu ənənənin davam etdiriləcəyini söyləyib. Bu gün keçirilən tədbirdə də "Azərsu” ASC-nin KİVDF ilə birgə jurnalist yazıları müsabiqəsinin elan ediləcəyini söyləyib. Daha sonra "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov qurumun ölkədə içməli su təhcizatının yaxşılaşdırılması istiqamətində görüdüyü işlərdən söz açıb. Tədbir davam edir. 


“Azərsu” ASC-də media rəhbərləri ilə görüş keçirilir


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam