Redaktor seçimi
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Günün xəbəri

Qaxda ev və köməkçi tikili - YANDI

 

Qax rayonunda eyni anda ev və köməkçi tikili yanıb. 

Yenixeber.org xəbər verir ki, yanğılardan birincisi rayonun Zərnə kəndində, kənd sakini Lalə İlyasovaya məxsus ümumi sahəsi 160 kvadratmetr olan fərdi yaşayış evində baş verib.

Əraziyə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində yeni təmirdən çıxmış evin 100 kvadratmetr sahədə dam və tavan örtüyü tamamilə yanıb. Yanğınsöndürənlərin və qonşuların köməyi ilə evdə olan əksər əşyalar yanmadan çıxarılıb. Ev sahibinin sözlərinə görə, yanğın dam örtüyündən baş verib. Hadisə zamanı ailə üzləri evdə olsalar da xoşbəxtlikdən xəsarət alan olmayıb.

Digər yanğın hadisəsi isə Qax şəhəri İmam Mustafayev küçəsində, Elnur Qadaşova məxsus köməkçi tikilidə qeydə alınıb. Hadisə yerinə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın zamanı köməkçi tikili içərisindəki əşyalarla birlikdə tamamilə yanıb.

Hər iki yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam