Redaktor seçimi
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Günün xəbəri

Kitabxanada bərbər və tibb bacısı kursları..

 

Yerli kitabxanalar aid olduqları icmada kitabları təbliğ edən tədbirlər keçirməlidir.

"Xeberinfo.com":  Kitabxanaçılar oturub nə vaxt oxucu gələcəyini gözləməməli, özləri onları cəlb etməlidirlər. Bunun dünyada ən geniş yayılmış üsulu kitab klubudur.

İnkişaf etmiş ölkələrdə də yerli kitabxanaların qarşısına elanlar vurulur. Həmin elanlarda bu və ya başqa kitabı üç-dörd həftə ərzində oxumaq üçün götürmək, sonra ayda bir dəfə axşamüstü onu müzakirə etmək üçün kitabxananın “Kitab klubu”nda toplaşmaq təklif olunur.

Hansı kitablar çıxıb kitab mağazalarında satışa qoyulursa, həmin kitabları kitabxanadan da almaq mümkün olur.

Yerli kitabxanalarda təkcə kitablar təklif olunmur, ölkədə və regionda çıxan qəzet və jurnalların son nömrələri də olur. Üstəlik, oxucuların “New Yorker” kimi tanınmış dərgilərin internet arxivinə girə bilməsi üçün kitabxanalar həmin dərgilərə pul ödəyib onlayn abunə də olurlar.

Yerli kitabxanaları sakinlər arasında gediləsi məkana çevirən vasitələrdən biri orada kompüterlərdən və İnternetdən gündə 1-2 saatlıq pulsuz istifadənin mümkünlüyüdür.

Yerli kitabxanaların sosial şəbəkələrdəki hesabları yeni çıxan və kitabxanaya daxil olan kitabları təbliğ etmək işində son dərəcə aktiv olur.

Bizdə bir neçə kitabxanaçılıq fakültəsi var. Bakı Dövlət Universitetində bu il kitabxanaçılıq-informasiya fakültəsinin 50 illiyi qeyd olunmaqdadır. Azərbaycan dili, ədəbiyyat fakültələri ilə bərabərhüquqlu bir fakültədir. Kəndlərdə, müəllim çatışmayan yerlərdə bu fakültə məzunlarının ədəbiyyat müəllimi işləmək hüququ da var.

Bu fakültələrdən bir neçə ixtisas üzrə məzun olurlar: Kitabşünaslıq, kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitabxana fondlarının formalaşması və istifadəsi və sair ixtisaslar. Bunun bakalavriatı və magistraturası var. Bunun əyanisi və qiyabisi var...

Sual ortaya çıxır:bəs o kitabxanaçılar haradadır?

Kitab hörmətdən düşüb. Bəs kitabxana kitabı təbliğ etmək üçün nə edir?

Bakı şəhərinin mərkəzində yerləşən Xəlil Rza Ulutürk adına Kitabxana tibb bacısı, dərzilik, bərbərlik kurslarımı təşkil etməlidir?!

X.R.Ulutürk adına kitabxananın facebook səhifəsi isə kitablar haqda bir dənə də  paylaşım etmir, əvəzində Azərbaycanın komik aktyorlarının şəkillərini paylaşır, xalqın Ramazan bayramını təbrik eləyir...

"Azadlıq" radiosu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam