Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Kitab oxuyan azdır, yoxsa kitab oxudan?..

Kitab oxuyan azdır, yoxsa kitab oxudan?..

Həmişə günahı özgəsində axtarmağa özümüzü vərdiş etməyək...

Xeberinfo.com:   Bu günün ən aktual problemlərindən və bundan  bəhs edən mövzulardan biri kitaba, mütailəyə olan marağın azlığıdır. Bir çox cəmiyyət öncüllərini, elm adamlarını, yaradıcı insanları düşündürən bu problem, əslində, yalnız ölkəmizdə deyil, bütün dünyada diqqəəkəndir. Kitab oxuma səviyyəsinin zirvəsində ise, sözsüz ki, hertərəfli inkişaf etmiş ölkələr durur.

Bəzən kitaba sevginin azalmasını  müasir informasiya texnologiyalarının, elektron mətbuatın inkişafı ilə əlaqələndirirlər. Onda belə sual yaranır: niyə texnoloji imkanları bizdən qat-qat yüksək olan Amerika, Rusiya,Yaponya  s. kimi ölkələrdə bu inkişaf mütailənin önünə keçə bilmir? Bu baxımdan belə ölkələrin təcrübəsinden yararlanmağımızın zəruri olduğunu düşünürəm.

Mütailəsizliyin, kitaba maraqsızlığın bir çox səbəbi var ki, onları bir məqalədə vermək mümkünsüzdür. Cəmiyyətdə her şeyə öyrəncəklik ilk növbədə, təbii ki, ailədən başladığı kimi, mütailə kasadlığı da məhz bu ünvandan qaynaqlanır. Mütaliə sevməyən bir ailədə böyüyən, tərbiyə alan uşaqların çox az faizi kitabsevən fərdə çevrilə bilər, əslində, mümkün də deyil. Təəssüf hissi ilə qeyd etməliyik ki, nəinki orta məktəb,  hətta bəzən univeristet müəllimləri  bəzi valideynlər kimi, bu vacib işə məsuliyyətlə yanaşmırlar. Şagird  tələbələrin kitabxanalara yönlendirilmə işini düzgün qurmayan müeəlimlərimiz də barmaqla sayılmayacaq qədərdir. Maraqlı yox, əslində, bəlkə də acınacaqlı haldır ki, şagirdlər  kimi, bəzi müəllimlərimiz də mütaliədən demek olar ki, uzaq düşüb.

Digər bir səbəbsə bu gün ciddi olmayan oxucu kimi, qeyri-ciddi əsərlərin “bolluğu”dur. Kitabların nəşrindəki  primitivlik, öl zəiflik, senzuranın olmamasından son dərəcə zəif əsərlərin oxucu auditoriyalarına, kitabxanalara ayaq açması  da müatilənin aşağı səviyyəyə enməsinə səbəb  yaradan amillərdəndir. Kitab təqdimatlarının,  gənc müəlliflərin “İmza günü”, “Kitab günləri”nin bölgələrdə demək olar ki, keçirilməməsi, yaxud təsadüfi xarakter daşıması da  kitaba soyuq münasitin yaranmasına gətirib çıxarır.

Maraqlıdır, əski sovetlər sövründə “Kitabsevərlər”  cəmiyyəti fəaliyyət göstərməsini hələ çoxları unutmayıb. Bu barədə geniş ictimaiyyətin də məlumatı az deyil. Görəsən, belə bir cəmiyyəti, yaxud belə profilli ictimai təşkilatı yaratmaq olarmı? Olarsa, məncə, nəinki gənc nəsil, xüsusilə o illərin nostalji hissləri ilə yaşayan orta və yaşlı nəslin nümayəndələri də sevə-sevə həmin qurumun üzvü olar və kütləvi, axud fərdi təqdbirlərində iştirak edərdilər.

Bilirik ki, XXI əsr informasiya, reklam dövrüdür. Təəssüf ki, bu imkanlardan kitabların təbliğində səmərəli istifadə edilmir. Radio-televiziya kanallarında mətbəx və şoular sanki yarışa və ciddi rəqabətə giriblər. Bu, həm də beynəlxalq aləmdə xalqımızın milli mənəvi sərvətlərinə laqeydlik deyilmi? Yaxşı olmazdımı ki,  bir sıra  verilişlər də məhz ölkəmizdə kitaba olan marağa həsr edilsin? Uşaq və gənclərimizə dövlət qayğısı  dünyada nümunəyə çevrildiyi halda, nədən KİV-lər bu istiqamətdə təbliğat aparmağa maraqlı və həvəsli deyillər?  Mənəviyyatdan maddi qazanc güdmək olmaz,  u, xalqın sərvətidir, onu qorumaq və təbliğ etmək, ən azı, vətəndaşlıq borcudur!

Gənclik yenilməz iradəsi ilə daim bütün neqativlərə qarşı mübarizliyi ilə seçilib. Məncə, bu istiqamətdə də onların vətənpərvər ruhu qalib gəlməlidir. Kitaba maraq, mütaliəsevərlik də vətənpərvərlik deməkdir. Vətənə layiqli övlad olmaq üçün onun mənəvi sərvətlərini öyrənməli və qorumalısan. Bu, kompaniya xarakterli olmamalıdır.  

Burada bəzi  “Ktab evi”nin həyata keçirdiyi kompaniya  reklamların da kökündə maddi maraq güdüldüyünü unutmayaq. Sözsüz ki, maddi qazancın güdüldüyü yerdə mənəvi sərvətin  qorunmasından söhbət gedə bilməz. Acınacaqlı haldır ki, daha çox xarici ölkə yazıçılarının və bir neçə populyar müəlliflərin əsərlərinin nəşri və onların təbliği barədə söz açmaq mümkündür. Lakin, bu o demək deyil ki, ölkəmizdə qələmi və istedadı ilə könülləri fəth edəcək yazıçı-şairimiz yoxdur, sadəcə, onların təbliğat imkanları zəifdir. Oxucu gözünü döyənək edən imzaların kitabları isə kitabxanalarda yatıb qalmaqda, oxucusunu gözləməkdədir. Bu da  oxucunun yeni imzaları tanımaqdan bir növ mehrumu  deməkdir. Nə yaxşı ki, son illər sosial şəbəkələrdə bu istiqamətdə müəyyən tədbirlərin kemirilməsi xəbərlərinə rast gəlinir.

Bütün bu neqativ halların qarşısının alınmasında müəyyən tədbirlərin keçirilməsinin zəruriliyini unutmayaq. Məsələn, nəşriyyatlar çap etdiyi kitabların satış-sərgisini keçirə bilər. Bu isə ya açıq hava şəraitində olmalıdır ki, geniş oxucu kütləsini cəlb edə bilsin. “Kitab evi”  təşkil etdikləri kompaniyalarda pulsuz kuponlar verə bilər ki, bu da oxucunu cəlb etməyin bir formasıdır.

Rəqabət olmayan yerdə inkişaf yoxdur. Təəsüf ki, bu sahədə də rəqabət hiss olunmur. Zəngin  kitab fonduna malik dövlət kitabxanalarımızın olduğu danılmaz faktdır. Lakin, nədənsə, həmin kitabxanalara müraciət də istənilən səviyyədə deyil. Bu isə gəncliyin öz günahıdır. Demək, gəncliyin diqqətini cəlb etmək üçün  təbliğatın forması dəyiilməlidir. Məsələn, kitab-kafelərin sayı bölgələrdə də artırılmalıdır. Bu da rəqabətə gətirib çıxaracaq vasitələrdən biridir. Hətta, böyük satış mərkəzlərindəki qəlyanaltı köşklərində belə bir fincan çay və ya kofe içərkən orada kitab dolabının olması vacibdir. Bu,əslində, reklam xarakteri daşısa da,  oxucu marağına səbəb kimi də mühüm vasitədir.

Bir sözlə, kitab oxumaq mədəniyyətdəndir. Bu, hər hansı rəsmi və inzibati əmr və göstərişlərlə yerinə yetirilə bilməz. Bu, cəmiyyətin aktual problemlərindəndir. Ona görə də cəmiyyətin fərdlərinin birlikdə həll edə biləcəyi problem kimi qalmaqdadır. Bu məsələnin həlli o qədər də şətin deyil. Sadəcə, asudə vaxtın səmərəli təşkili lazımdır.

 Kitablar ən çox inanana biləcəyimiz mənbələrdir. Çünki  bizi  dünəndən alıb bu günümüzə gətirib, gələcəyə apara biləcək "zaman maşını"dır. İnsanı özündən, həyati qayğılardan uzaqlaşdıracaq gerçək zövq mənbələridir. Unutmayaq ki, kitablar zamanın ən yaxın sirdaşı, şahididirlər. Kitablar milyonlarla insan ruhunun, düşüncə  duyğusunun bir yerdə kəsişdiyi ünvandır...

 

Gülsadə İBRAHİMLİ,

Prezident təqaüdçü, Naxçıvan MR Culfa şəhər 3 nömrəli tam orta məktəbin  Azərbaycan dili və ədəbiyyatı müəllimi, gənc şairə, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam