Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Fərid Qayıbov yola salınır:Yerinə o gələcək...


AFFA-nın sabiq baş katibi, hazırda FIFA-da Üzv Assosiasiyaların direktoru vəzifəsində çalışan Elxan Məmmədov yaxın vaxtlarda fəaliyyətini Azərbaycanda davam etdirə bilər.

Yenixeber.org: O, gənclər və idman naziri təyin olunmağa yaxındır.

Məmmədov bu vəzifədə Fərid Qayıbovu əvəz edəcək.

Ehtimallara görə, onun təyinatı bu ilin oktyabrından sonra reallaşacaq. Buna səbəb ölkəmizdə keçiriləcək III MDB Oyunlarıdır.

Elxan Məmmədovun son günlər Azərbaycanda olması məhz bununla əlaqədardır. O, FİFA-dakı gərgin iş qrafikinə rəğmən, tez-tez Bakıya səfərlər edir və yeni işinə hazırlaşır. Qitənin ali futbol qurumu da vəziyyətdən xəbərdardır.

Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın 7 şəhərində – Gəncə, Qəbələ, Mingəçevir, Göygöl, Xankəndi, Yevlax və Şəkidə keçiriləcək. Oyunların açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda baş tutacaq.(publika.az)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam