Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

KİTABI ATMAYIN

 

 

"Xeberinfo.com": Təqribən iki il bundan qabaq idi. Yay ayının əvvəli idi. Sahibkar məni ağırlayıb hesabat  blanklarının alınması və yol xərci ücün on manat  pul  vermişdi.   Blankları alıb, “Elmlər Akademiyası” metrosundan çıxıb parkın içərisi ilə  “işlədiyim” (hər rübdə üç gün işə gedirdim) nəşriyyata doğru yol gedirdim. O vaxtı parkının içərisindən keçib nəşriyyata getmək mümkün idi. Parkı keçib sağa dönən yerdə (indi o keçidi bağlayıblar) kiril əlifbasında nəşr olunmuş  azərbaycan və rus dillərindəki keçmiş kitabları taxta tərəcələrin üstünə düzüb satırdılar.

Həmin satış tərəcələrinin yanından keçəndə bir kitab mənim gözümü oxşadı. Kitabın müəllifi Ramiz Qasımov, adı isə “Konkistadorların Mərkəzi Çili sahillərində faciəli ölümü” idi. Kitabı əlimə götürüb satıcı ilə qiymət barəsində mübahisəyə girişdim. Kitabdan əl çəkmək isəmirdim. Kitab mənə Fransız fantast yazıçısı Jül Verni xatırladırdı. Satıcı isə qiymətdə dörd manatdan aşaığı düşmək istəmirdi. Mənim cibimdə isə on manatdan da az pul qalmşdı. Nəhayət razılığa gəlib  kitabı satıcıdan iki manata ala bildim. Kitabı kuloka qoyub nəşriyyatın sahibi ilə də görüşüb evə qayıtdım. Axşam yeməyimi yeyib bir qədər istirahət etdikdən sonra kiatabı açıb oxumaq istədim ki, kardon cildin iç-sol tərəfinin yuxarısında  müəllifin kitabını dostuna “ əbədi xatirə olaraq yadigar” verdiyi qırmızı rənglə yazılmış yazısı gözümə dəydi.

Müəllifin xatirəsini olduğu kimi qeyd edirəm: ”Məndən (Kitabı alan dostun adı kitabdan göy rənglə yazan qələmlə  möhkəm qaralanıb  pozulmuşdu. Adı kim pozmuşdu- kitabı  verən, yoxsa satan?)   xoş arzularla əbədi xatirə olaraq yadigar! Bu kitabın  Sizin kitabxananızda yer tutması məni məmnun edir. Hörmətlə  Ramiz Əlioğlu, imza, 19.IX. 2000-ci il”.

 

Əbədi xatirə kimi verilən kitabın utilitaristin əlinə keçməsi mənə pis təsir etdi. Dostun dosta qarşı bu formda münasibəti-yəni kitabın utilitaristə verilməsi ən böyük qəbahətdir. Ramiz Qasımovu şəxsən tanımasam da qoy narahat olmasın. Onun bu kitabı dostunun kitabxanasında yer tutmasa da mənim kiçik kitabxanamda öz yerini tutubdur.

Məzmunundan, təyinatından və həcmindən asılı olmayaraq yazılan hər bir kitab yazardan illərlə vaxt, məsuliyyət, sonsuz əzab-əziyyət və araşdırmalar tələb edir. Utilitarisdən R.Qasımovun bu kitabını alandan sonra altıncı kitabıma yazdığım müqəddimədə bir ifadəyə yer verəsi oldum: ”Kitabın qədrini kitab yazan bilər. Kitab müəllifin təfəkkürünün və mənəviyyatının məhsuludur”. Yazar kitabı tavana, döşəməyə baxıb yazmır, kitabda verilən və təsvir olunan hadisələr onun beynində  obyektiv gercəkliyin əks etdirilməsinin təzahürüdür. Bu formada təzahür isə fitri qabiliyyət, uzun müddətli gərgin zəhmət  tələb edir. Cəmiyyətin formalaşmasında aparıcı rolu oynayan kitabdır.    

Hörmətli oxucular! Adınıza yazılıb hədiyyə kimi Sizə verilən kitabı atmayın. İmzalı halda aldığınız kitabı sevməyib İstəmirsinizsə buxarlandırın, ancaq utilitaristə yem etməyin.

 

may 2015-ci il

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam