Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

İstanbulda təkrar seçkilər başa çatıb -Video

 

 

Türkiyədə martın 31-də keçirilmiş bələdiyyə seçkilərindən sonra ölkənin Ali Seçki Qurumu (YSK) tərəfindən nəticələri ləğv olunan İstanbulda bu gün təkrar seçkilər keçirilib.

Yenixeber.org: Türkiyə büromuz xəbər verir ki, seçki məntəqələrində gün ərzində seçiçilərin aktivliyi müşahidə olunub.

Seçkilərdə gərgin mübarizə namizədlər - Ədalət və İnkişaf Partiyasından (AKP) Binəli Yıldırım və Cumhuriyyət Xalq Partiyasından (CHP) Əkrəm İmamoğlu arasında baş tutub.

Prezident Rəcəp Tayyib Ərdoğan İstanbula, Səffat Çəbi orta məktəbinə gələrək, səsvermədə iştirak edib və seçicilərlə görüşüb. O, nəticələrin İstanbul və sakinlər üçün xeyirli olmasını arzulayıb.

Səsvermə müddətində bütün təbliğat işləri qadağan olunduğu üçün seçiçilər səs verdikləri məntəqələrin girişində mobil telefonları nəzarətçilərə təqdim ediblər. Seçki mətəqələrində vətəndaşlara foto və video çəkilişi qadağan olunub. İstanbulun ucqar nöqtələrindən səsvermədə iştirak etmək üçün gələn vətəndaşlara xüsusi avtomobillər ayrılıb. Şəhər polisinin 51 min əməkdaşı seçicilərin təhlükəsizliyini təmin etmək üçün səsfərbər olunub.

Seçki məntəqələri Bakı vaxtı ilə saat 18:00-da işini yekunlaşdırıb və bülletenlərin sayılmasına başlanılıb.(report)

Vüsalə Abbasova 

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam