Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Binəli Yıldırım: “İstanbulda seçki murdar olub”

Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul bələdiyyəsi sədrliyinə namizədi, sabiq baş nazir və parlament sədri Binəli Yıldırım martın 31-də keçirilmiş seçki ilə bağlı ilk dəfə açıqlama verib.

Yenixeber.org: Yıldırım səsvermə və səslərin sayılması prosesinə heyrətləndiyini deyib: “İnsan heyrətlənir. Bu seçki murdar olmuş bir seçkidir. Murdar ətin qovurması olmaz”.
Yıldırım bildirib ki, seçkidən dərhal sonra iki açıqlama verilib: “Birində CHP 29500 səslə qalib gəldiyini açıqladı. Həmin gecə biz də əlimizdəki məlumatlara əsasən, qalib gəldiyimizi bildirdik. Seçki bitəndən sonra anormallıqlar, şübhəli məqamlar olduğu üzə çıxdı. Hüquqi proses hələ də davam edir. İki partiyanın namizədi bir-birinə yaxın səs topladığı halda səslərin təkrar sayılmasından sonra mənim səsim nə üçün artır? İstanbul kimi şəhəri idarə edəcək bələdiyyə sədrinin şübhəli seçki nəticəsində seçilməsi yaxşı hal deyil”. 
Yıldırım İstanbul seçkisində qalib gəldiyini vurğulayıb: “Etiraz etməsəydik, səs fərqi 29 min nəfərdən 12 minə düşməzdi. Özünü “fanklub”un rəhbəri kimi aparan şəxsdən bələdiyyə sədri olmaz. Sədrlik mandatını Ali Seçki Qurumu (YSK) verəcək”.
Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkisi keçirilib. İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyi uğrunda ən çox səsi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu və hakim AKP namizədi Binəli Yıldırım toplayıb. YSK Əkrəm İmamoğlunun 26 min səs fərqi ilə qalib gəldiyini açıqladıqdan sonra AKP seçkinin nəticələrinə etiraz edib və bir çox rayonda səslər yenidən sayılıb. İndiyədək səslərin sayılması davam edir və hazırda səs fərqi 13 min nəfərədək düşüb.
Xatırladaq ki, paytaxt Ankara və ölkənin üçüncü ən böyük şəhəri olan İzmirdə də CHP-nin namizədləri qalib gəlib. Mansur Yavaş Ankara, Mustafa Tunç Soyer İzmirin bələdiyyə sədrləri olub.

 

 ONA.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam