Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyənin Azərbaycandakı səfiri Yıldırım-İmamoğlu debatını şərh edib

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərdə namizədliyi irəli sürülən Binəli Yıldırım və Əkrəm İmamoğlunun 16 iyun debatına münasibət bildirib.

Yenixeber.org:  Diplomat açıqlamasında bildirib ki, həmin debatı izləyib və yüksək dəyərləndirib:

“Binəli Yıldırımla Əkrəm İmamoğlunun debatını izlədim. Bunu çöx yüksək dəyərləndirirəm. Türkiyənin iki siyasətçisi xalqın qarşısına çıxaraq əhalinin problemlərindən danışdılar. Əminəm ki, mənim kimi bütün türk xalqı bu debatı yüksək qiymətləndirir”.

O xatırladıb ki, İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə təkrar seçkilər keçiriləcək və İstanbul əhalisi öz bələdiyyə başçısını seçəcək: “Bilirsiniz ki, bu, 5 ildən bir həyata keçirilən seçkidir. Ümid edirəm ki, İstanbul əhalisi istədiyi namizədinə səs verərək öz bələdiyyə başçısını seçəcək. Bütün hallarda türk xalqı üçün xeyirli olmasını arzu edirəm”.

Qeyd edək ki, Türkiyə Ali Seçki Qurumu martın 31-də İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul edib. Təkrar seçkilər iyunun 23-də keçiriləcək


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam