Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Bakıda intellektual nəqliyyat sistemi müzakirə olunur

  

Bu gün Bakıda Beynəlxalq Telekommunikasiya İttifaqı və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “İntellektual nəqliyyat sistemi” adlı ikigünlük praktiki seminar işə başlayıb.

Yenixeber.org: Nazirlikdən verilən məlumata görə, seminarda MDB ölkələrinin mərkəzi icra hakimiyyəti və tənzimləyici orqanları, telekommunikasiya operatorları, avadanlıq və proqram təminatı istehsalçıları, eləcə də digər əlaqədar təşkilatların nümayəndələri iştirak edirlər. Sözügedən tədbirin təşkilində məqsəd intellektual nəqliyyat sisteminin inkişafı problemlərini müzakirə etmək, sahə üzrə müasir tendensiyaları müəyyənləşdirmək, iştirakçı ölkələrlə Azərbaycan təcrübəsini bölüşərək əməkdaşlıq imkanlarını genişləndirməkdir. 

Seminar çərçivəsində 4 sessiya və 1 “dəyirmi masa”nın təşkili nəzərdə tutulub. Seminarın ilk günü “İntellektual nəqliyyat sistemində strateji aspektlər”, “Beynəlxalq əməkdaşlıq və beynəlxalq nəqliyyat sisteminin inkişafı üçün İKT-nin uğurlu istifadəsi” sessiyaları keçirilib. 

Qazaxıstanın Mühəndislik və İqtisadiyyat Universitetinin, Qlobal İnformasiya Məkanı İnstitutunun, Ukrayna Şəbəkə İnformasiya Mərkəzinin, ABŞ-ın “Intel” korporasiyasının, “Nokia” şirkətinin nümayəndələri məruzələrlə çıxış ediblər. Aprelin 17-də seminar öz işini “İntellektual nəqliyyat sistemində texniki məsələlər” və “Normativ-hüquqi suallar” sessiyaları ilə davam etdirəcək. 

Sessiyalarda müvafiq olaraq intellektual ictimai nəqliyyat sisteminin strateji inkişafında dövlətin rolu, sahə standartları, yeni nəsil intellektual sistemləri və onların inkişafında beynəlxalq tendensiyalar müzakirə olunur. Eyni zamanda, intellektual nəqliyyat sisteminin inkişafı üçün üzv dövlətlərin İKT-dən istifadə təcrübəsi, eləcə də ödəmə sistemlərinin quruluşu, ictimai nəqliyyatın idarəetməsi üçün innovativ texnoloji məsələlər ətrafında fikir mübadiləsi aparılır. 

 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam